İşimizi asanlaşdırırlar

İşimizi asanlaşdırırlar
10:51 6 Yanvar 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda nağdsız ödənişlər və elektron bankçılığın miqyası genişləndiriləcək.

ANS PRESS-in Rabitə və Yüksək Texnologiyaları nazirliyinə istinadla verdiyi məlumata görə, bu tədbir dövlətin bank siyasətinin növbəti ildə əsas hədəflərindən biridir.

2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri ilə bağlı bəyanatını yayan Mərkəzi Bankdan (MB) bildirilib ki, hesabat ilində iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsi davam edib, maliyyə infrastrukturundan istifadə səviyyəsi yüksəlib:

Bəyanatda qeyd edilib ki, hər 100 min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 10-a çatıb. Əhaliyə maliyyə xidmətləri göstərən “Azərpoçt”un filialları nəzərə alınmaqla bu göstərici 20 təşkil edir.

Həmçinin 2014-cü ildə Maliyyə savadlığının artırılması üzrə müxtəlif intellektual resurslardan ibarət “Maliyyə Maarifləndirilməsi Portalı”nın yaradılması tamamlanıb. Müvəkkil banklar, sığorta şirkətləri, qiymətləndiricilər və İpoteka Fondu arasında “Elektron ipoteka”nın tətbiqinə başlanılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR