Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

NİDA üzvünün məhkəməsi təxirə salınıb

NİDA üzvünün məhkəməsi təxirə salınıb

Date: 2 December 2016 11:17

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası təxirə salınıb.
"Report"un xəbərinə görə, buna səbəb vəkil Elçin Sadıqovun məhkəmə prosesində iştirak etməməsi olub.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.
Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Tags:  NİDA üzvünün məhkəməsi təxirə salınıb

RƏYLƏR


Top news