Ermənistanda qızıl mədənində atışma olub, yaralanan var

Ermənistanda qızıl mədənində atışma olub, yaralanan var
11:22 2 Dekabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Ermənistanda qızıl mədənində atışma olub. 
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, gecə baş verən silahlı qarşıdurma nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı yaralanıb.
Məlumata görə, 31 yaşlı kişi gecəyarısı mədənin ərazisinə girməyə cəhd göstərib. Mühafizəçilər onun qarşısını almağa çalışıblar. Bu zaman həmin şəxs atəş açıb.
Polis silahlı basqını törədən Vardenis rayonunun 31 yaşlı sakinini saxlayıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-qizil-medeninde-atisma-olub-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR