İdman cameəsi AYAĞA QALXDI: "Sanki qarşılarına "Qəbələ"ni çökdürmək məqsədi qoyublar"

İdman cameəsi AYAĞA QALXDI: "Sanki qarşılarına "Qəbələ"ni çökdürmək məqsədi qoyublar"
11:22 2 Dekabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağ ayı onları gördü, ayağa qalxdı... - FOTO (03 İyun 2017 10:42)
Fransa zorlanan oğlan üçün ayağa qalxdı - FOTO (20 Mart 2017 20:37)

Azərbaycan Topaz Premyer Liqasının XIII turu qalmaqalla başa çatdı. Qəbələnin eyni adlı komandası Ağdamın "Qarabağ" klubuna 2:1 hesabı ilə uduzaraq mövsümdə ilk dəfə liderliyi əldən verdi. Lakin "Qəbələ" rəhbərliyi oyunun taleyini hakimlərin bərbad idarəçiliyinin həll etdiyini açıqladı.
"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov qol.az saytına müsahibəsində kluba qarşı sistemli iş getdiyini bəyan etdi. Bir çox ekspertlər və keçmiş hakimlər də oyunla bağlı şərhlərində hakimin bərbad idarəçiliyinə, qərəzli yanaşmaya diqqət çəkdilər.

Milli.Az xəbər verir ki, publika.az bu qalmaqallı oyunla bağlı idman cameəsinin fikirlərini öyrəndi.

"Daha ədalətli hakim təyin etmək olardı"
 

Milli Məclisin deputatı Adil Əliyev bildirdi ki, oyuna daha ədalətli hakimi təyin etməklə bu cür narazılıqların qarşısını almaq olardı. "Qəbələ" klubunun qapısına təyin olunan on bir metrlik cərimə zərbəsinə gəlincə, millət vəkili hesab edir ki, cərimə zərbəsini verməmək mümkün idi. O bildirib ki, bütün dünyada olan futbol qaydalarına görə, əgər top bədənin başqa hissəsinə dəyərək daha sonra ələ dəyirsə, on bir metrlik zərbəni verməmək olar.
Adil Əliyev qeyd edib ki, daha bir mübahisəli məqam matça 4 dəqiqə əlavə vaxt təyin olunduğu halda komandaların 100 dəqiqə oynamasıdır. O, bunun da böyük bir haqsızlıq olduğunu deyib.
Millət vəkili qeyd edib ki, oyunun baş hakimi Rəhim Həsənovun keçmişi ilə bağlı da bəzi fikirlər səslənir: "Azərbaycanda hakimliyin vəziyyəti də yüksək deyil. Bir neçə beynəlxalq dərəcəli hakimin adını çəkmək olar ki, Azərbaycanı layiqincə təmsil edirlər. Qalanlarından isə digərləri kimi mən də narazıyam. Oyuna daha ədalətli hakimi təyin etməklə bu cür narazılıqların qarşısını almaq olardı. "Qarabağ"ın bəzi futbolçuları özləri də dedilər ki, orada penalti yox idi. Amma istənilən halda hakimin qərarı müzakirə olunmur".

"Günahkar baş hakim Rəhim Həsənovdur"

"Qol.az" saytının baş redaktoru Aydın Bağırov bildirdi ki, sözügedən oyun "Qəbələ" və "Qarabağ" klublarının təsadüfən Avropa Liqasında oynamadığını göstərdi. Amma o, təəssüfünü ifadə edib ki, hakimin gözlənilməz qərarları gözəl oyunu kölgədə qoydu: "Bu cür yaxşı oyun, təəssüf ki, intriqalarla və qalmaqallarla yadda qaldı. Bu klublar həm futbolçular, həm də rəhbərlik səviyyəsində dost olan komandalardır. Amma iş o səviyyəyə gəlib çatdı ki, dost komandalar arasında bu cür xoşagəlməz olaylar yaşandı".

Müsahibimiz oyunda daha çox mübahisə doğuran məqamlarla - penalti epizodu və oyunda final fitinin gec başa çatması ilə bağlı fikirlərini belə ifadə etdi: "Penalti epizodu ilə bağlı mütəxəssislərlə də danışmışam. Fikirlər haçalanır. Amma ümumən FİFA referisi olan hakimlərin, həmçinin mənim fikrimə görə, orada penalti yox idi. Vaxtın uzadılması epizoduna gəlincə, hesab edirəm ki, Riçard Almeydanın qırmızı vərəqə almasından sonra oyun dayanmalı idi. Heç-heçə nəticəsi də hər iki komandanı qane edirdi. Bu baxımdan burada yeganə günahkar kimi baş hakim Rəhim Həsənov və onun köməkçi hakimləridir".

"Sanki məqsəd klubu "Xəzər Lənkəran", "Bakı" və digər klubların səviyyəsinə endirməkdir"

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov hesab edir ki, hakim səhvləri yalnız "Qarabağ"-"Qəbələ" oyunu ilə bağlı deyil. Onun fikrincə, hakim səhvlərinin məhz sözügedən oyunda daha qabarıq görünməsinin səbəbi ölkədə iki öndə gedən klubun üz-üzə gəlməsi ilə bağlı idi: "Bilirsiniz ki, 2013-cü ildə AFFA İcraiyyə Komitəsinin şuralaşma ilə bağlı iclası keçirildi. AFFA İcraiyyə Komitəsi bütün beynəlxalq futbol qanunlarını pozaraq, klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul etdi. Bu iki klub qərara qarşı çıxdı və doğru olduqlarını da son illərdə Avropa Liqasının qrup mərhələsinə çıxmaqla göstərdilər. Arxada qalan 13 turda hakim səhvləri olmayıbmı? Olub. Amma digər klublar demək olar ki, müstəqilliyini 100 faiz itiriblər. Çempionluğa oynayan "Qəbələ" klubunun son turda qarşılaşdığı haqsızlıqlara dözməməsinə təbii baxıram. Çünki, klub son illər futbola böyük sərmayə qoyub və yüksək infrastruktur qurulub. Son iki ildə Avropa Liqasında çıxış etməklə Azərbaycan futboluna böyük fayda veriblər. "Qələbə"nin etirazlarını tam obyektiv və doğru sayıram. Sanki qarşılarına "Qəbələ" klubunu çökdürmə məqsədi qoyublar. Sanki məqsəd klubu "Xəzər Lənkəran", "Bakı" və digər klubların səviyyəsinə endirmək, yaxud da şuralaşma sistemini bu klubda da tətbiq etməkdir".

"Onları küsdürmək olmaz"

Azərbaycan hakimlik məktəbinin hər zaman güclü olduğunu deyən Tahir Süleymanov hesab edir ki, sadəcə olaraq hakimləri meydanda rahat buraxmaq lazımdır. Onun sözlərinə görə, Azərbaycan futbolunda futbola baxış dəyişənə kimi bu cür hadisələr də davam edəcək. Çox az sayda sponsorun futbola sərmayə qoyduğunu bildirən Tahir Süleymanov hesab edir ki, onları küsdürmək olmaz. "Qəbələ" klubunun bu cür hadisələrə həmişə loyal yanaşdığını deyən müsahibimiz hesab edir ki, bunun nəticəsində də onlara qarşı bu cür haqsızlıqlar olur.
"Qəbələ" klubunun qapısına təyin olunan penalti zərbəsinə gəlincə, Tahir Süleymanov bildirib ki, Azərbaycan idman mediası son günlər böyük fədakarlıq edərək Azərbaycandakı futbol üzrə mütəxəssislər, o cümlədən Avropa ölkələrinin, həmçinin Türkiyə, Rusiya və Almaniyanın futbol mütəxəssislərinin həmin epizodla bağlı fikirlərini öyrəniblər: "Bütün fikirlər belədir ki, orada penalti epizodundan söhbət gedə bilməz. Çünki top yaxın məsafədən "Qəbələ" klubunun futbolçusunun üzünə dəyərək daha sonra əlinə toxunur. Oyun davam etdirilməli idi və çox təəssüf ki, bu epizod oyunun sonunda baş verdi. Bundan başqa, matç "Qarabağ"ın ikinci qoluna kimi davam etməməli idi. Bu, bir daha şübhələrin yaranmasına səbəb oldu. Qoldan sonra itirilən vaxt bərpa olunmalı və oyun yenidən başlanmalı idi".

"Bu, "Qəbələ"yə qarşı atılan ilk belə addım deyil"

"Futbolxeber.az" saytının baş redaktoru İbrahim Cəfərov deyib ki, "Qarabağ" və "Qəbələ"nin oyununu hər kəs səbirsizliklə gözləyirdi. Son 2 ildə Avroliqanın qrup mərhələsində oynayan komandaların bu mövsüm ölkə çempionatında favorit olduğunu deyən baş redaktor qeyd edib ki, çempionluğun taleyini böyük ölçüdə bu komandaların öz aralarındakı oyunlar həll edəcək.
O, penalti epizoduna qədər meydanda çox maraqlı və gərgin mübarizə getdiyini bildirib: "Amma sona yaxın baş hakim Rəhim Həsənovun qərarı hər şeyi korladı. Şübhəsiz, penalti haqsız olaraq təyin olundu. Çünki top əvvəlcə "Qəbələ"nin müdafiəçisi Vernidubun sifətinə dəyir, sonra əlini tapır. Həm də "Qarabağ"ın hücumçusu Ndlovu ilə Vernidub arasında məsafə çox qısa idi. FIFA-nın yeni qaydaları da bu cür epizodlarda müdafiə olunanın tərəfindədir. Amma hər şey bununla da bitmədi. Kobud səhvdən sonra hakim daha bir yanlışlığa yol verdi. Onun ikinci hissəni əlavə 8 dəqiqə oynatması da düzgün deyildi. "Qarabağ"ın futbolçusu qırmızı vərəqə aldıqdan sonra oyunun sonuna 30 saniyə qalırdı. Amma bu komanda qələbə qolunu vuranda artıq həmin epizoddan 1 dəqiqə 30 saniyə keçmişdi. Yaxşı olardı ki, hakim elə qırmızı vərəqədən sonra oyunu bitirsin. Əsas problem odur ki, bu, "Qəbələ"yə qarşı atılan ilk belə addım deyil. Ötən mövsüm də buna bənzər hal olmuşdu. O zaman səhv edən hakim Əliyar Ağayev "Qəbələ"dən üzr istədi. Hakimlər komitəsi tərəfindən də cəzalandı. Amma bununla heç nə dəyişmir. İtirən yenə klub olur. Bu gün "Qəbələ" Azərbaycan futbolunun inkişafı üçün çox işlər görür. Bunun qarşılığında hakimlərin münasibəti üzücüdür. "Qarabağ" da güclü komandadır və əminəm ki, onlar da vəziyyətin bu həddə çatmasını, məhz bu cür qələbə qazanmağı istəməzdilər".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Facebook” istifadəçi fotolarını müdafiə edəcək

22 İyun 2017 22:57

Şəmkirdə 2 otaqlı mənzildə yanğın baş verib

22 İyun 2017 22:55

Keçmiş arvadının üzünə "kislota" tökdürən şəxsin şikayəti təmin edilmədi

22 İyun 2017 22:49

Dünyada ən çox yardım edən və yardım alan ölkələr - SİYAHI

22 İyun 2017 22:48

"Türkiyə ilə fikirlərimiz üst-üstə düşür" -

22 İyun 2017 22:47

Şəmkirdə 2 otaqlı mənzil yanıb

22 İyun 2017 22:43

Hansı qidalar qabıqlarıyla daha faydalıdır

22 İyun 2017 22:42

Xərçəngdən qoruyur, xolesterolu aşağı salır... - Hər gün bir ovuc yeyin

22 İyun 2017 22:37

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə ucuzlaşdı

22 İyun 2017 22:36

Restorana "dominant qadın" obrazında getdi - FOTO

22 İyun 2017 22:32

Bu ölkədə istilərə görə iş saatları azaldıldı

22 İyun 2017 22:28

Anası 5 yaşlı uşağı niyə öldürdü? -

22 İyun 2017 22:28

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?

22 İyun 2017 22:27

Necə bilək ki, insaflıyıq, ya yox?

22 İyun 2017 22:27

Misirdə fövqəladə vəziyyət daha 3 ay uzadıldı

22 İyun 2017 22:22

İsti havada oruc tutmağın savabı nədir?

22 İyun 2017 22:22

İşə şortda buraxmadılar, don geyindi - FOTO

22 İyun 2017 22:17

“Qudurmuş tulanızın ipini çəkin” – Deputat

22 İyun 2017 22:17

Merac hadisəsi nə zaman olub?

22 İyun 2017 22:17

Rusiyanın ən zəngin məmurları – Siyahı

22 İyun 2017 22:17

Bakıda əcnəbi turisti qarət edən üç qadın tutuldu

22 İyun 2017 22:13

Çilidən Almaniyaya erkən şok - YENİLƏNİR

22 İyun 2017 22:12

İnsan duanı bütün vücudu ilə etməlidir, təkcə dili ilə deyil

22 İyun 2017 22:12

İnsanlarla cinlərin oxşar və fərqli cəhətləri

22 İyun 2017 22:12

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa razılaşıb

22 İyun 2017 22:12

Erkin Qədirli: “Rus sektoru” qapadılmalıdır”

22 İyun 2017 22:12

"Nissan" 7 minə yaxın avtomobili geri çağırıb

22 İyun 2017 22:08

1 milyon təqibçisi oldan məşhur it - FOTO

22 İyun 2017 22:05

Əfqanıstanda bank yaxınlığında PARTLAYIŞ - 3 4 ölü, 60 yaralı - YENİLƏNİB

22 İyun 2017 22:05

Konqo Demokratik Respublikasında toqquşmalar nəticəsində 16 nəfər ölüb

22 İyun 2017 22:02

Əfqanıstanda partlayış törədilib:

22 İyun 2017 21:58

Qadının üzərinə turşu atanlarin niyyəti alınmadı

22 İyun 2017 21:57

İdarəçilik forması dəyişən universitetlərdə təhsil haqqı artacaqmı?

22 İyun 2017 21:57

“iPhone”un yaddaşını bərpa edən proqram yaradıldı

22 İyun 2017 21:57

Qalmaqallı dərsliyin müəllifi: "Gedib tarix oxusunlar"

22 İyun 2017 21:57

Gənc qıza reanimasiyada təcavüz edildi - FOTO

22 İyun 2017 21:52

Reanimasiyaya düşən xalq artistinin son vəziyyəti

22 İyun 2017 21:52

6 aylıq uşağın qidalanması

22 İyun 2017 21:52

Bakıda həbs edilən erməni hökmdən şikayət verdi

22 İyun 2017 21:49

Məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı artırılacaq - VİDEO

22 İyun 2017 21:47

Salyanda bu uşaq hər kəsi heyrətləndirdi - VİDEO

22 İyun 2017 21:47

İnsanın dünya və axirətində dərin iz buraxan 5 müstəhəb əməl

22 İyun 2017 21:47

Naxçıvan Muxtar Respublikasına yeni vergilər naziri təyin edilib

22 İyun 2017 21:45

Qoyun 5 ildir ki, 5 quzu balalayır - VİDEO

22 İyun 2017 21:42

Goranboy sakini: "Satmağa 4 kilo marixuana gətirmişdim" - VİDEO

22 İyun 2017 21:42

Kişi arvadını və körpəsini öldürüb ağladı: "Araqdan içib vurdum" - VİDEO

22 İyun 2017 21:42

Xəstəliklərlə mübarizə aparan rəngli qidalar

22 İyun 2017 21:42

Sürüşmələr aktivləşdi: çökmə və uçqun baş verdi - VİDEO

22 İyun 2017 21:42

Naxçıvanın yeni vergilər naziri təyin edildi

22 İyun 2017 21:39

Yevlaxda qumbara partladı: bir nəfər öldü - VİDEO

22 İyun 2017 21:37