Təhsil Nazirliyi 500 nəfərin diplomunu tanımayıb

Təhsil Nazirliyi 500 nəfərin diplomunu tanımayıb
11:29 2 Dekabr 2016
196 Digər
Ölkə mətbuatı
A- A+

 

“2016-cı ilin ilk 11 ayında 2950 nəfər diplomlarının tanınması üçün Təhsil Nazirliyinə müraciət edib”.

 

Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyinin  Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəhbəri Samir Vəliyev deyib.

 

S. Vəliyev deyib ki, müraciət edənlərin 850-si müsbət rəy alıb: “ 500 nəfərin isə diplomu tanınmayıb, bir qisminin işi sənədlər çatışmazlığından icraata götürülməyib”.

 

2007-ci ildən etibarən 25 mindən  yuxarı adamın diplomunun tanınması üçün Təhsil Nazirliyinə müraciət etdiyini deyən S.Vəliyevin sözlərinə görə, müraciət edənlərin ümumiyyətlə 70-75%-nin diplomu tanınıb: “Nostrifikasiya prosesi ərzində aparılan yoxlamalar nəticəsində müəyyən olunan çatışmazlıqlarla əlaqədar bəzi diplomlar tanınmır. Xüsusilə MDB ölkələrinin təhsil müəssisələrinin məzunları bu problemi yaşayır. Daha dəqiq desək, Ukrayna, Rusiya, Gürcüstan kimi ölkələrin bir qisim təhsil müəssisələri var ki, onların  verdikləri diplomların bir çoxunu Təhsil Nazirliyi tanımır. Digər ölkə diplomları, məsələn, Türkiyə, İngiltərə, Avropanın bir çox təhsil müəssisələrinin  verdikləri diplomların tanınmasında heç bir problem yaşanmayıb. Diplomun tanınmamasının səbəbi diplom sahibinə izah olunur”.

 

“Normativ müddət düzgün olmadıqda, diplom sahibi təhsil aldığı ölkədə tədris ili ərzində lazım olan müddətdə olmayıbsa, ən azından tədris dilini bilmirsə, tədris dili səviyyəsi, ixtisasını mənimsəməsi səviyyəsi yetərincə deyilsə, ali təhsil müəssisəsinin akkreditasiya və lisenziyası yoxdursa, məzunun təhsil aldığı ixtisasın akkreditasiyası yoxdursa diplom tanınmır” – deyə, qurum rəsmisi əlavə edib.  

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR