Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qazaxıstanda dollar ucuzlaşır

Qazaxıstanda dollar ucuzlaşır

Date: 2 December 2016 11:32

Bakı. 2 dekabr. REPORT.AZ/ Qazaxıstanın milli valyutası - tenge bu gün, dekabrın 2-də ABŞ dolları ilə müqayisədə möhkəmlənərək 1 dollar üçün 334 tenge təşkil edib. "Report", "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fond Birjası (KASE) məlumat yayıb. 
Məlumata görə, noyabrın 30-da KZT/USD məzənnəsi 342 təşkil edib və beləliklə, tenge son iki gündə 2,25% möhkəmlənib. Xatırladaq ki, dünən, dekabrın 1-də Qazaxıstanda qeyri-iş günü olub.
Bununla yanaşı, bugünkü valyuta hərracında satış həcmi noyabrın 30-u ilə müqayisədə 57,4% artaraq 57 mln. dollara çatıb. Qazaxıstan milli valyutasının möhkəmlənməsi qlobal əmtəə bazarlarında neftin qiymətinin son iki gündə 10%-dən çox artması ilə bağlıdır.


Tags:  Qazaxıstanda dollar ucuzlaşır

RƏYLƏR


Top news