Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səfir: "Türkiyənin Tunceli vilayətində erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək"

Səfir: "Türkiyənin Tunceli vilayətində erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək"

Date: 2 December 2016 11:32

Bakı. 2 dekabr. REPORT.AZ/ "Türkiyənin Tunceli vilayətinin Nazimiye bölgəsində erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək".
Bunu "Report"a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, bu abidə qanunsuz olaraq ucaldılıb: "Bütün qanunsuz tikililər kimi həmin tikili də sökülməlidir".
Səfir söküntü işlərinin nə vaxt başlayacağı və tamamlanacağının hələlik bəlli olmadığını bildirib. 
Tunceli valiliyi və Nazimiye bələdiyyəsindən isə "Report"a bildiriblər ki, həmin ərazidə erməni və kürd terrorçularına abidə qoyulması haqqında məlumatları yoxdur.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə mətbuatında Tunceli vilayətinin Nazimiye bölgəsində ermənilərin ASALA və kürdlərin PKK terror təşkilatının üzvləri olanların adları əks olunduğu abidə ucaldığı barədə məlumat yayılıb. Daha sonra həmin abidənin yaxın zamanlarda söküləcəyi bildirilib. 


Tags:  Səfir Türkiyənin Tunceli vilayətində erməni kürd terrorçularına ucaldılan abidə söküləcək

RƏYLƏR


Top news