Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycanda Rektorlar Şurası yaradılacaq"

"Azərbaycanda Rektorlar Şurası yaradılacaq"

Date: 2 December 2016 11:37

"Azərbaycanda Rektorlar Şurasının yaradılması nəzərdə tutulur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov "Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyinin ötən ilki kollegiyasında müzakirə olunduğu kimi bu ilin sonunadək ölkədə Rektorlar Şurasının yaradılması nəzərdə tutulur:

"Şuranın təsis iclasının dekabr ayında keçirilməsi planlaşdırılır. Ümid edirik ki, belə bir orqanın mövcudluğu ali təhsil problemlərinin həllinə yardım göstərəcək. Təhsil Nazirliyi və təhsil mütəxəssislərinin iştirakı ilə keçirilən ictimai müzakirələr ali təhsilə aid məsələlərin həllinə töhfə verəcək".

Milli.Az


Tags:  Azərbaycanda Rektorlar Şurası yaradılacaq

RƏYLƏR


Top news