"Qəbələ": 14 oyun, 11 qələbə

"Qəbələ": 14 oyun, 11 qələbə
11:37 2 Dekabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar baş tutub. Fanat.Az xəbər verir ki,“Qəbələ” futbol akademiyasının komandaları 14 matç keçirib.

 

Akademiyanın təmsilçiləri bu görüşlərin 11-də qalib gəlib və yalnız 3-də məğlub olub.

 

U-17 “Qarabağ”la səfər oyununda 0:1 hesabı ilə məğlub olub. “Qəbələ” 9-cu turdan sonra 20 xalla 4-cü yerdədi.

 

U-16 evdə “Qarabağ”ı 2:0, səfərdə “Neftçi” İK İB-i 4:0 hesabı ilə üstələyib. 9 matçda 19 xal toplayan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.

 

U-15 səfərdə “Şəmkir”ə qalib gəlib - 4:0. Ardıcıl 8-ci dəfə qalib gələn "qırmızı-qaralar" 100 faizlik nəticə ilə izləyicilərindən xeyli uzaqlaşıb.

 

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13 də növbəti matçlarına çıxıblar. “Sumqayıt”a 0:1 hesabı ilə uduzan U-14 mövsümdə 2-ci dəfə meydandan xalsız ayrılıb. 10 oyundan 24 xal qazanan “Qəbələ” 3-cü pillədə yer alıb. “Neftçi” PFK-ya 3:0 hesabı ilə qalib gələn U-13-ün aktivində 10 oyundan sonra 19 xal var. Komanda 5-cı yerdədi. 

 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "Qəbələ" bir neçə komanda ilə təmsil olunub.

 

U-12 Liqasında “Qəbələ” və UGİM üz-üzə gəlib. “Qırmızı-qaralar” “məktəblilər” üzərində 7:2 hesabı ilə qələbə qazanıb. 9 turdan sonra “Qəbələ” 27 xalla 1-ci, UGİM 22 xalla 3-cüdü.

 

U-11 Liqasında UGİM BOİK-i 2:1, “Qəbələ” UGİM-i (Ağdaş) 13:1 hesabı ilə üstələyib. İtkisiz liderlik edən komandaların hər ikisi 9 turda 27 xal toplayıb.

 

U-10 Liqasında təmsilçilərimiz “Qəbələ” "Şorsu"ya 13:0, Gİİ “Kürmük”ə 4:0, UGİM “Balakən”ə 2:1hesabı ilə qalib gəlib. 9 turdan sonra “Qəbələ” 27 xalla 1-ci, Gİİ 21 xalla 2-ci, UGİM 16 xalla 5-cıdı.

 

Qızların yüksək liqa yarışının 7-ci turunda “Veqa” ilə görüşən “Qəbələ” 9:0 hesabı ilə qələbə qazanıb. 7 matçda 16 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb.


(gabalafc.az)




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-14-oyun-11-qlb-t54634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR