Azərbaycanda ata 18 yaşlı qızını niyə öldürdü? - MÜƏMMALI QƏTL

Azərbaycanda ata 18 yaşlı qızını niyə öldürdü? - MÜƏMMALI QƏTL
11:47 2 Dekabr 2016
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Salyan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, günorta saatlarında rayonun Xurşud kəndində 18 yaşlı Fərqanə Əsədovanın qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. İlkin olaraq bildirilib ki, evdə gənc qızın qan içində meyidi tapılıb. Aparılan ilkin araşdırmalarla məlum olub ki, qız qətlə yetirilib və ilk olaraq qızın kiçik qardaşı bacısını öldürdüyünü deyib. Lakin sonradan qanlı cinayətin Fərqanənin atası, 1975-ci il təvəllüdlü Əsədov Rauf Əsədxan oğlu tərəfindən törədilməsi müəyyənləşib.

Bildirilir ki, Əsədovlar ailəsində bir müddət imiş ki, problemlər yaşanırmış. Bir neçə gün əvvəl evin xanımı həyat yoldaşı ilə dalaşaraq evi tərk edib. Bundan sonra ailədə münasibətlər daha da kəskinləşib və dünən qızı ilə mübahisə edən 41 yaşlı kişi ona bir bıçaq zərbəsi endirərək öldürüb.
 
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR