Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BP Bakı Ali Neft Məktəbinə kitab kolleksiyası hədiyyə edib

BP Bakı Ali Neft Məktəbinə kitab kolleksiyası hədiyyə edib

Date: 2 December 2016 12:12

Bakı. 2 dekabr. REPORT.AZ/ BP Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasına kitab kolleksiyası hədiyyə edib. 
Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Kolleksiya riyaziyyat, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, ingilis dilinin qrammatikası, bədii ədəbiyyat və soraq materiallarından ibarətdir.
Ali Məktəbdən bildirilib ki, BP kimi şirkətlərdən daxil olan hədiyyələr kitabxanaya maddi və mənəvi dəstək olmaqla, BANM-in tədris, elm, o cümlədən mədəniyyət mərkəzi funksiyasını yerinə yetirməsinə yardımçı olur: "BP-nin bu addımını Ali Məktəbin 5 illik yubileyi ərəfəsində kitabxana kolleksiyasının inkişafına etdikləri töhfə kimi qiymətləndirən BANM-in rəhbərliyi BP şirkətinə xüsusi minnətdarlıq bildirib".


Tags:  Bakı Ali Neft Məktəbinə kitab kolleksiyası hədiyyə edib

RƏYLƏR


Top news