Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bahar Muradova: “Hökumət büdcə işlərinin öhdəsindən layiqincə gəlib”

Bahar Muradova: “Hökumət büdcə işlərinin öhdəsindən layiqincə gəlib”

Date: 2 December 2016 12:28

Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi sosial yönümlü olmaqla yanaşı, ölkənin müdafiə və digər sahələrindəki qüdrətini daha da artırmağı qarşısına hədəf qoyub”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, vitse-spiker Bahar Muradova bu gün parlamentdə keçirilən Azərbaycanın 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı bildirib.

B.Muradova deyib ki, büdcə ölkəmizin növbəti illərdə qarşıda duran vəzifələri və yaxın gələcəkdəki strateji inkişaf hədəfləri, o cümlədən, iqtisadi sabitliyin qorunub saxlanması, müdafiə qabiliyyətinin gücləndirilməsi, milli təhlükəsizliyin təmin olunması, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi nəzərə almaqla hazırlanıb:

“Hesab edirəm ki, hökumətin müvafiq qurumları büdcəni formalaşdırarkən işlərinin öhdəsindən layiqincə gəliblər. Bu baxımdan da büdcə müzakirəsi zamanı populist, bir qrup insanın maraqlarına xidmət edən, havadan götürülən iddialardan və fikirlərdən uzaq, reallığa uyğun olaraq mövqeyimizi bildirməliyik”.

Vasif Həsənli


Tags:  Bahar Muradova Hökumət büdcə işlərinin öhdəsindən layiqincə gəlib


RƏYLƏR


Top news