Sevinc Fətəliyeva: "Uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır"

Sevinc Fətəliyeva: "Uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır"
12:32 2 Dekabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞ PA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə Alt Komitəsinin sədri Sevinc Fətəliyeva İtaliyada səfərdədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, deputatımız Florensiya şəhərində keçirilən Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında və komitənin nəzdində fəaliyyət göstərən Uşaqlar Əleyhinə Zorakılığın Dayandırılması Şəbəkəsinin toplantısında iştirak edir. Tədbirlərdə uşaqlara qarşı cinsi zorakılıqla, uşaq əməyinin istismarı ilə, onlara qarşı sosial ədalətsizliklə mübarizə metodları, quruma üzv dövlətlərin Dünya Səhiyyə Təşkilatı ilə əlaqələrinin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılır.

Dekabrın 1-də iclasda S.Fətəliyeva "Virtual məkanda uşaqlara qarşı zorakılıq və digər çağırışlar" mövzusunda çıxış edib: "Hazırda virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. Həm böyüklər, həm də uşaqlar smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Ona görə də internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli və təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir".

S.Fətəliyeva qeyd edib ki, virtual məkanda ünsiyyətin uşaqlar üzərində ən qabarıq təsirlərindən biri onların şifahi nitq qabiliyyətlərinin zəifləməsi, özlərini ifadə etməkdə çətinliklərin yaranmasıdır. Bəzən isə virtual məkanda veb-saytlardan, sosial şəbəkələrdən, yaxud onlayn oyunlardan qaynaqlanan zorakılıq riski real həyatdakı zorakılıqdan daha təhlükəli ola bilir. Zərərli informasiyaya çıxış çox təhlükəli faktordur. Zorakılığın təbliği, radikalizm, dini dözümsüzlük, terrorizm və ekstremizm uşaqların yaşadığı ailə, icma və cəmiyyət dəyərlərindən uzaqlaşmasına səbəb olur.

Bir sıra ölkələrin üzləşdiyi digər bir təhlükənin isə uşaqların terror təşkilatlarının onlayn təbliğat toruna düşməsi olduğunu vurğulayan S.Fətəliyeva deyib: "Cinayətkar qüvvələr internet vasitəsilə ən müxtəlif yaş, etnik və mədəni mənsubluğu olan şəxslərə təsir göstərə bilirlər. Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, qeyri-münasib çatlar, intim söhbətlər, yazışmalar, hətta şəkillərə edilən müəyyən şərhlər də daxildir. Yeniyetmələrin diqqət mərkəzində olmaq və ünsiyyət dairəsini genişləndirmək istəyi onların yad insanlarla münasibətlər qurmasına səbəb olur. Bu, real ünsiyyətdən heç də az təhlükəli deyil. Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssasdırlar. Bu vəziyyət müxtəlif dövlət strukturlarının bir-birilə əlaqəli fəaliyyətini özündə əks etdirən kompleks yanaşma tələb edir".

Deputat atılması vacib olan addımlardan danışaraq bildirib ki, maarifləndirici kampaniyalar aparmaq, "internetdən təhlükəsiz istifadə" proqramları həyata keçirmək lazımdır: "Həmçinin bələdiyyələr və QHT-lərin iştirakı ilə regional seminarlar təşkil etmək və nəsillər arasında "texnoloji (rəqəmsal) boşluğu" kiçiltmək vacibdir. Uşaqlarının yaşadığı mühiti daha yaxşı başa düşmələri üçün valideynlər internetdən istifadənin təməl prinsiplərini bilməlidirlər. Uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır. Hər bir istifadəçi və vətəndaş bilməlidir ki, virtual məkanda aqressiv davranış və başqalarının hüquqlarını pozan digər hərəkətlər barədə müvafiq qurumlara xəbər verilməlidir və buna nə qədər çox əməl olunarsa, internetdən istifadə hər birimiz üçün bir o qədər təhlükəsiz olacaq".

Qeyd edilib ki, bir çox ölkələrdə internetdən təhlükəsiz istifadə ilə bağlı problemlərlə məşğul olan təşkilatlar mövcuddur. Belə təşkilatların fəaliyyətini dəstəkləmək və maarifləndirmə işlərində onlara yardım etmək çox vacibdir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağstafada qəza: 4 yaralı

24 İyul 2017 06:33

Fərqli Luma - FOTO

24 İyul 2017 06:32

Sürücünü hamının gözləri qarşısında güllələdilər -

24 İyul 2017 06:15

Yaponiya silkələndi - 5,7 bal

24 İyul 2017 05:33

Kurort kolleksiyası - FOTO

24 İyul 2017 05:32

Bərdədə ev yandı

24 İyul 2017 05:09

Dəhşətli təyyarə qəzalarının anbaan görüntüləri -

24 İyul 2017 04:33

Şabranda müəllim maşını aşırıb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb

24 İyul 2017 04:32

Kirstin həmişəki kimi parladı - FOTO

24 İyul 2017 04:32

İran və İraq müdafiə sahəsində protokol imzaladılar

24 İyul 2017 03:58

Yenə də Sara - FOTO

24 İyul 2017 03:32

Vaşinqton Moskvanı yenə cəzalandıracaq -

24 İyul 2017 03:28

Cüdoçularımız Avropa çempionu oldu - FOTOLAR

24 İyul 2017 03:03

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb, 2 nəfər ölüb

24 İyul 2017 03:02

Rusiyada faciə: bir ailənin 5 üzvü yanaraq öldü

24 İyul 2017 02:39

İsrail mövqeyini yumşalda bilər

24 İyul 2017 02:39

Benksi sənətinin parodiyası - FOTO

24 İyul 2017 02:32

Bakıda yeni dələduzlar peyda olub - VİDEO

24 İyul 2017 02:18

Almaniyanın ən yaxşı futbolçusu bəlli oldu

24 İyul 2017 01:49

Suriya ordusu əməliyyatları dayandırdı

24 İyul 2017 01:45

Üzən otel, katamaran - FOTO

24 İyul 2017 01:32

İranda zəlzələ oldu

24 İyul 2017 01:29

Ərdoğan Kral Salmanla görüşdü - FOTO

24 İyul 2017 01:28

Karyerasını bitirən futbolçu ilin ən yaxşısı oldu

24 İyul 2017 01:03

Yəməndə qorxunc xəstəlikdən ölənlərin sayı artır -

24 İyul 2017 00:56

Qorxunc xəstəlikdən ölənlərin sayı 2000-ə yaxınlaşır

24 İyul 2017 00:43

Tovuzda qadın ailə münaqişəsi zəminində intiharara cəhd edib

24 İyul 2017 00:42

Ağstafada iki maşın toqquşdu - 3 yaralı

24 İyul 2017 00:39

Tovuzda 28 yaşlı qadın dərmandan zəhərləndi

24 İyul 2017 00:34

Dənizdə 1 nəfər batdı, 2 nəfər xilas edildi

24 İyul 2017 00:23

Ermənistandan gizlicə Türkiyəyə keçdilər -

24 İyul 2017 00:19

Günün qoroskopu: narahatlıq üçün heç bir səbəb yoxdur

24 İyul 2017 00:17

Cüdoçumuz AVRO-da gümüş medal qazandı

24 İyul 2017 00:14

Astroloji proqnoz - 24 iyul

24 İyul 2017 00:13

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdini qəbul edib

24 İyul 2017 00:05

İki məşhur rəfiqə çimərlikdə - FOTO

24 İyul 2017 00:05

Övladlarınıza gözəl adlar qoyun

23 İyul 2017 23:52

İraq ordusundan növbəti uğur -

23 İyul 2017 23:49

İranda güclü zəlzələ baş verdi

23 İyul 2017 23:48

Yanaqda qızartıların əmələ gəlmə səbəbi

23 İyul 2017 23:47

Gözdəymə və ondan necə qorunmaq haqqında

23 İyul 2017 23:42

Abşeron çimərliyində 37 yaşlı kişi batıb

23 İyul 2017 23:37

Xəzərdə 37 yaşlı kişi batdı

23 İyul 2017 23:34

Ermənistanda hərbçinin asılmış meyiti tapıldı

23 İyul 2017 23:33

Məlahətli pilot Playboy üçün soyundu - FOTO

23 İyul 2017 23:32

İranda 5,4 bal gücündə zəlzələ olub

23 İyul 2017 23:27

Yaxınlarını itirmək qorxusundan neca azad olmaq olar?

23 İyul 2017 23:22

Arvadını boşadı, sevgilisini də tərk edib yenisini tapdı - FOTO

23 İyul 2017 23:22

İndoneziyada güclü zəlzələ -

23 İyul 2017 23:22

Qvardiola “Real”dan oyunçu aldı

23 İyul 2017 23:19