Muntyanu: "Azərbaycanda yenidən işləmək istəyərəm"

Muntyanu: "Azərbaycanda yenidən işləmək istəyərəm"
10:52 6 Yanvar 2015
194 İdman
Ölkə mətbuatı
A- A+

""Qəbələ"dən ayrıldıqdan sonra təklif almamışam və hazırda işsizəm. Ölkəsindən asılı olmayaraq, istənilən yerdə, o cümlədən Azərbaycanda da yenidən işləmək istəyərəm”.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun sabiq baş məşqçisi Dorinel Muntyanu deyib.
  
Rumıniya mətbuatına danışan 46 yaşlı çalışdırıcı ölkəsinin milli komandasından gələn təklifi qəbul etmədiyini bildirib: “Millidə Angel Yordaneskunun köməkçisi olmaq təklifi alsam da, razılaşmadım. Aşağı yaş qrupları üzrə yığmalarda işləmək də mənlik deyil. Bu məsələni federasiya rəhbərliyi ilə müzakirə etdik. Təbii ki, adımın millilərlə birgə hallanması məni sevindirir. Federasiya rəhbərliyinə buna görə təşəkkür etsəm də, təklifə “yox” dedim”.
  
Qeyd edək ki, məşqçilik karyerasına 2005-ci ildə başlayan Muntyanu bu vaxta qədər “Qəbələ” ilə yanaşı, “ÇFR Kluj”, “Argeş”, “Vasluy”, “Universitatea”, “Styaua”, “Otelul”, “Dinamo” (Buxarest), “Mordoviya” və “Kuban” klublarını da çalışdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR