Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qar yağacaq

Qar yağacaq

Date: 2 December 2016 12:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturunun gecə yarımadada 3-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütünundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Milli.Az


Tags:  Qar yağacaq

RƏYLƏR


Top news