Azərbaycanın 8 rayonundan 200 ŞİKAYƏT

Azərbaycanın 8 rayonundan 200 ŞİKAYƏT
12:48 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabrın 1-dən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq yayım dayandırılıb. Rəqəmsal yayıma keçiddə isə çanaq antenası və kabel televiziyası olmayanlar, bir sözlə köhnə nəsil televizor sahibləri dekoder almalıdır.

Göründüyü kimi, paytaxtla yanaşı bölgələrdə də rəqəmsal yayıma keçidə alışmayanalar var.

Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən Publika.az-a bildirdilər ki, bir gün ərzində 200-dən çox müraciət qeydə alınıb: “Düzdür, müraciətlər paytaxta nisbətən azdır. Lakin bunun da səbəbləri var. Əsas səbəb regionlarda çanaq antenalarının əvvəldən üstünlük təşkil etməsidir. Çanaq antenası olanlar üçün yayım dəyişikliyi fərq etmir. Həmçinin paytaxtda bu prosesin tətbiq edilməsindən sonra bölgələrdən zənglər daxil olur. Yəni bir ay ərzində də kifayət qədər müraciətlər qeydə almışıq”.

Birlikdən onu da qeyd etdilər ki, müraciətlər əsasən dekoderlərin quraşdırılması ilə bağlı olur: “Əsas müraciətlər “TRT1”in yayımlanmaması, həmçinin bu gün “Space” telekanalında profilaktika ilə bağlı olub. Bu telekanalların nə üçün yayımlanmadığını soruşur. Dekoderin quraşdırılması, hansı proqramları izləyə biləcəklərini öyrənirlər. Ötən gün olan zənglərin yalnız 63-ü dekoderin qoşulması ilə əlaqədardır. Əsas çətinlik kanalların yığılmasına görədir”

“Azərpoçt” MMC-dən Publika.az-a bildirdilər ki, təkcə ötən gün 500-dən çox dekoder satılıb: “Bu gün də proses davam edir, təxminən minə yaxın dekoder satılıb. Dünəndən şimal bölgəsində anoloq yayım dayandığından daha çox həmin bölgənin sakinləri dekoder alır”.

MMC-dən onu da qeyd etdilər ki, artıq satışda 22 manatlıq dekoder qalmayıb: “İndi satışda olan dekoderlərin qiyməti 35 manatdır. 22 manatlıq birinci mərhələdə satıldı. Artıq onlar qurtarıb, yalnız 35 manatlıqlar qalıb. Bütün rayon və kəndlərdə poçt şöbələri dekoderlə təmin edilib. Bu dekoderlərin 22 manatlıqdan üstünlükləri var. Bu gün poçtlarda satılan dekoderlərin qiyməti bazarlardan aşağıdır”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/178249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR