1 milyon səs, üzərliyin gücü və unikal adamın ölümü - Səbuhi MƏMMƏDLİ YAZIR

1 milyon səs, üzərliyin gücü və unikal adamın ölümü - Səbuhi MƏMMƏDLİ YAZIR
12:49 2 Dekabr 2016
86 Digər
Ölkə mətbuatı
A- A+

"Prezident dedi, onu xilas etmək üçün ən yaxşı həkimləri gətirin" - ANONS (22 May 2017 15:24)
"Eşşəyin qızdırması düşəcək" - Səbuhi Məmmədli elə yerdən yazır ki... - ANONS (11 May 2017 15:59)
Səbuhi Məmmədli azərbaycanlı "Robinzon"dan yazır... - ANONS! ANONS! (07 Aprel 2017 15:09)

 

1992-ci ilin elə bu vədələriydi. “525”-ci qəzetin redaktoru Yusif Rzayev o dövrdə qəzetin ən məşhur rubrikası olan “Hayd-park”a müsahib tapmağımı istədi. Bir neçə gün idi bu qəzetdə işlədiyim. Hələ, necə deyərlər, müsahibə-filan götürmək mənlik deyildi. Amma rubrikanı kimsə davam etdirməliydi. Çünki səs-küylü müsahibələr alınırdı. Boyun qaçırmaq şansım yox idi deyə, razılaşmaq məcburiyyətində qaldım. Amma kiminlə müsahibə etmək məsələsi tam dəqiqləşmədi.

 

Yenə Yusif gəldi köməyə. Dedi, Nizami Süleymanovu tap, danışdır.

 

**

 

O dövrdə Nizami müəllimi ölkədə tanımayan yox idi. 1992-ci il 7 iyunda baş tutan prezident seçkilərindən heç 6 ay keçməmişdi. Hamı hələ də onun prezidentliyə namizəd kimi verdiyi vədlərin xülyasıyla yaşayırdı. Doğrudan da, Nizami müəllim həmin seçkilərdə nə az-nə çox – düz 35 faiz səs toplamaqla bir çox iddialı siyasətçini arxada qoymuşdu. Yalnız Elçibəyə uduzan akademik seçkini ikinci yerdə başa vurmuşdu. O, 1 milyon 50 min seçicinin səsini qazanmışdı. Bəs nə idi Nizami müəllimin bu uğurunun sirri?


 

Nizami Süleymanov prezident seçiləcəyi halda iqtisadiyyatı dağılmış, müharibə aparan bir ölkənin insanına fantastik vədlər verirdi. Yəqin, xatırlayırsınız, 3 aya Qarabağı alacağından tutmuş, təzə evlənənlərə ev verəcəyinədək. Maaşların azı 20 dəfə qaldıracağından danışırdı, dünyada analoqu olmayan silah düzəldib erməniləri məhv edəcəyini deyirdi. Və  1 milyon Azərbaycan insanı bu vədlərə inanaraq ona səs vermişdi.


**

 

…Nizami müəllimi tapmaq çətin olmadı. Elə ilk danışıqdaca müsahibəyə razılıq verdi. Əvvəlcədən bir-iki sual hazırlamışdım. Fikirləşirdim ki, əlavə suallar onsuz da ortaya çıxacaq.

 

Kabinetində məni gülərüzlə qarşıladı. Müsahibənin ilk sualını xatırlamıram, amma bircə onu deyə bilərəm ki, azı 30 dəqiqə danışdı və diktofonun kasetini o biri üzə çevirəsi oldum. Danışdıqları isə seçki vaxtı verdiyi vədlərdən daha fantastik idi. Mən də özümü sadəlövh göstərirmiş kimi dalbadal suallar verirdim. Təxminən iki saata yaxın söhbətləşdik.

 

Yadımdadı, geri qayıdanda Yusifə elə beləcə də demişdim: “Bu müsahibə ciddi alınmadı, necə var, elə də verimmi?”

 

Razılaşdıq. Müsahibəni təqdim etdim, iki gündən sonra qəzetdə çıxdı. Və hər şey də bundan sonra başlandı.

Təsəvvür edin, müsahibənin çıxdığı qəzet əl-əl gəzirdi. Bir müsahibə elə bir rezonans doğurmuşdu ki, prezident aparatında belə müzakirəyə çıxarılmışdı. Hətta o vaxt prezident Elçibəy belə, iclasların birində bu müsahibədən danışmışdı.
 

Və ən maraqlısı bütün bunlar da deyildi. Ən maraqlısı o idi ki, müsahibəni Nizami müəllim özü də bəyənmişdi.


 

**

 

Çox unikal adam idi, Nizami müəllim. Özü üçün Akademiya yaratmışdı və oranın prezidenti idi. Azərbaycan Milli Yaradıcılıq Akademiyası adlanırdı həmin qurum. Müstəqil Azərbaycan adlı partiyası da vardı. Dünyada analoqu olmayan volframsız polad hazırladığını iddia edirdi. Bir yandan da tamam dəxilsiz, polada, volframa aid olmayan “Bulaq” adlı sutəmizləyici düzəltdiyini deyirdi. Sonra hansısa “BNK” adlı lövhələr ixtira etdiyini açıqlamışdı. Sən demə, qiyməti 1 manata olan “BNK” lövhələrilə avtomobillərdə yanacağa 30 faiz qənaət etmək olurmuş.


 

Bundan sonra tamam fərqli bir ixtirasından danışdı. Və o ixtirayla itmiş adamları tapmaq mümkün imiş. Son işi isə üzərliklə bağlı oldu. “Üzərlik biokartı” insanlarda neqativ enerjini götürürmüş və Nizami müəllim də bunun elmi əsasları üzərində işləyirdi.


 

Bəzən jurnalistlər ona “Azərbaycanın Jirinovskisi” deyirdi. Amma bir dəfə bir jurnalistin sualına “Jirinovski sənin atandır” cavabı verəndən sonra, türklər demiş, bu konu da bitmişdi.


 

Axır vaxtlar əsəbləri çox pozulubmuş. Elə bir qədər əvvəl həyat yoldaşı açıqlamalarının birində demişdi ki, Türkiyədə və Avstriyada müalicə alır. Çox pozitiv və zarafatcıl adam olduğundan inanmaq olmur ki, əsəblə bağlı problemləri varmış. Bu gün isə bu unikal insan dünyadan köçdü. 71 il yaşadı. Akademiya prezidenti, partiya sədri, volframsız poladdan tutmuş, üzərliyə qədər hər şeylə məşğul olmuş prezidentliyə namizəd.

Doğrudan da unikal adam idi...

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-da partlayış nəticəsində 1 nəfər ölüb

27 May 2017 04:22

Liviyada silahlılar Qəddafiyə bağlı məmurların saxlandığı türməni ələ keçirib

27 May 2017 04:02

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI

27 May 2017 03:48

Almaniyada maşın metro stansiyasına girib:

27 May 2017 03:34

G7 ölkələrinin liderləri terrorizmlə mübarizəyə dair bəyannamə imzalayıblar

27 May 2017 03:32

Ağcabədidə "Daewoo" yanıb

27 May 2017 03:22

Parisdə terror həyəcanı

27 May 2017 02:48

Mariya Zaxarova: “Bakı məni heyran etdi”

27 May 2017 02:42

Qriqori Karasin: “Azərbaycan və Rusiya prezidentləri iyunun 8-9-da Astanada görüşəcəklər"

27 May 2017 02:37

Meksikada başı kəsilmiş beş meyit tapılıb

27 May 2017 02:29

"Mançester Yunayted" futbolçusu ilə müqavilə yenilədi

27 May 2017 02:28

Dünyanın ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb

27 May 2017 02:07

İsveçdə partlayış baş verib

27 May 2017 01:53

Çində bayker yanacaqdoldurma məntəqəsində motosikletini yandırıb

27 May 2017 01:42

"İyunda Rusiya və Azərbaycan prezidentlərinin görüşü gözlənilir”

27 May 2017 01:33

Tovuzda dəhşətli sürpriz:

27 May 2017 01:31

Azərbaycanın Respublika və Silahlı Qüvvələr günləri Londonda təntənəli şəkildə qeyd olunub

27 May 2017 01:29

İsveçin Malmö şəhərində partlayış baş verib

27 May 2017 01:22

Görünməmiş QƏZA: Maşın metroya girdi - FOTO

27 May 2017 01:18

Misir HHQ terrorçuların Liviya ərazisindəki mövqelərinə hava zərbələri endirib

27 May 2017 01:08

FHN-in mərkəzlərində Respublika Gününə həsr olunmuş tədbirlər keçirilib

27 May 2017 01:07

Berlində maşın metroya girib, 6 nəfər xəsarət alıb

27 May 2017 01:02

Mançester terroru ilə bağlı daha bir şübhəli saxlanıldı

27 May 2017 00:58

Mançesterdə terror aktı ilə bağlı daha bir nəfər saxlanılıb

27 May 2017 00:36

Azərbaycan nefti ucuzlaşıb

27 May 2017 00:36

Ramazan ayı başladı

27 May 2017 00:23

Astroloji proqnoz - 27 may

27 May 2017 00:08

"Mançester Yunayted" futbolçusu ilə yeni müqavilə imzaladı

27 May 2017 00:05

Günün qoroskopu: irəliləyin!

27 May 2017 00:05

Ramazan ayı başlayıb

27 May 2017 00:02

Ramazan ayı başladı

27 May 2017 00:01

Dünya nəqliyyatı "pik saatda" - FOTO

26 May 2017 23:57

Azərbaycan XİN Misirdə baş verən terror aktını pisləyib

26 May 2017 23:53

Heç vaxt görmədiyiniz ən nadir 18 ekzotik meyvə - FOTO

26 May 2017 23:52

Azərbaycanın işgüzar qadınları Yaponiyada qlobal sammitdə çıxış etdi - FOTOLAR

26 May 2017 23:48

Bu paltarları illər əvvəl anaları geyinmişdi - FOTO

26 May 2017 23:47

Gözəl Bayramlı haqqında həbs qətimkan tədbiri seçilib

26 May 2017 23:42

Ermənistan parlamentinin spikeri öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib

26 May 2017 23:36

Avroliqanın rəmzi yığmasına düşən hücumçu "Şalke"nin hədəfində

26 May 2017 23:32

17 yaşlı intihara cəhd edib

26 May 2017 23:32

Sağlamlığı möhkəmləndirmək üçün yalnız 2 DƏQİQƏ lazımdır

26 May 2017 23:27

Parisin mərkəzində partlayış təhlükəsi elan olunub

26 May 2017 23:27

ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq

26 May 2017 23:26

Mingəçevirdə zəncirvari yol qəzası baş verib

26 May 2017 23:22

"Real" azarkeşlərinə final öncəsi xoş xəbər

26 May 2017 23:22

Üzünüzdə təbəssüm yaradacaq FOTOLAR

26 May 2017 23:17

2017-ci ilin ən qənaətcil avtomobilləri - FOTO

26 May 2017 23:12

Bakı sakinləri Ramazan ayında toy edirmi?

26 May 2017 23:08

Sizdə ZOB XƏSTƏLİYİ inkişaf edə bilərmi?

26 May 2017 23:05

Gecə növbəsində işləyən kişilərə BƏD XƏBƏR

26 May 2017 23:05