Lənkəranskidən Şeyxə keçən obyektlərin adı açıqlandı

Lənkəranskidən Şeyxə keçən obyektlərin adı açıqlandı
12:52 2 Dekabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

"Kriminal avtoritetlər"in maliyyə imkanları öz sirliliyi ilə hər zaman KİV-in diqqətini çəkib. Bunu anlamaq olar, belə ki, "qanuni oğrular" müasir tarixin ən sirli və bağlı mövzularından biridirlər. 

Amma həqiqət ondan ibarətdir ki, həmin "qanuni oğrular" "Forbes" jurnalının siyahısında yer alan milyarderləri müdafiə edən vəkilləri himayə edirlər. 

Milli.Az xəbər verir ki, sputnik.az qafqazlı "qanuni oğrular"ın iqtisadi nüfuzuna işarə edən detallar barədə məlumat toplaya bilib. 

Belə ki, bəzi "kriminal avtoritetlər" əgər sağ olsaydılar, İtaliya-Amerika mafiya klanlarından ən nüfuzlusunun başçısı Don Vito Karleoneyə rəqib ola bilərdilər. 

Bu ilin oktyabrında "Sputnik" azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölümündən sonra 1975-ci il təvvəllüdlü və kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan çeçen "qanuni oğru" Həmzət Qastamirovun nəzarətinə keçən İtaliyadakı lüks otellərdən yazırdı. Xatırladaq ki, Lənkəranski nağd pula bir ayda İtaliyanın Pozitano şəhərində "Le Sirenuse" və "Covo dei Saraceni" lüks otellərini alıb - bununla da İtaliyanın maliyyə polisinin diqqətini çəkib. 

Birinci otel 52 milyon avroya, ikinci isə 49 milyon avroya alınıb. Hüquq-mühafizəçilər araşdırma nəticəsində Caniyevin adı ilə qarşılaşıblar, halbuki kriminal avtoritet otelləri öz adına qeydiyyatdan keçirməmişdi. "Covo dei Saraceni" oteli Lənkəranskinin yaxından dostluq etdiyi Şeyx Həmzətin arvadının adına qeydiyyatdan keçirilmişdi. Caniyevin ölümündən sonra Şeyx iki türk və bir çeçen mafiya klanının Caniyevin düşmənlərinə qarşı birləşdirilməsinin təşəbbüskarı olub. 

"Le Sirenuse" otelini Lənkəranski öz qohumlarından birinin adına qeydiyyatdan keçirmişdi. Amma bu gün hər iki otel Şeyx Həmzətin qrupuna məxsusdur. Çeçen avtoritetinin vəkilləri bu ilin payızında "Le Sirenuse" otelini də Caniyevin qohumlarının adından çıxararaq öz nəzarətlərinə keçiriblər. İtaliya maliyyə polisinin Caniyevin adı ilə qarşılaşdıqda sonuncu bütün iri yatırımları Qastamirovun nəzarəti altına verməli olub...

Amma bu hələ mafiya qruplarının Avropa kassasına gəlir gətirən bütün obyektlər deyil. Avropada Qastamirovun klanı Rusiya bazarına mal tədarük edən topdansatış bazalarına nəzarət edir. Bununla yanaşı, oğruların "qarşılıqlı yardım kassalarının" və ya "obşak" ("ümumi") adlandırılan kassaları əsl bankların aktivləri ilə rəqabət aparma imkanı var. 

Kriminal dairələrə yaxın mənbələr şeyx Həmzətin nəzarəti altında olan şirkətlər qrupundan danışıblar. Maraqlıdır ki, çeçenin Rusiyanın DİN və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazasında kriminal avtoritetə dair 37 cinayət işinin və dosyenin olmasına baxmayaraq, əvvəllər  KİV səhifələrində adı keçməyib. "Karyera"sına isə Arbatda Sovet İttifaqı dağılan kimi, 1992-ci ildə başlayıb. O zaman onun nəzarətinə Kiyev dəmir yolu vağzalının yaxınlığında yerləşən "Arevik" erməni restoranı keçmişdi. 

İndi həmin yerdə "Yevropeyski" ticarət mərkəzi yerləşir, onun sahibləri isə əslən Tovuz rayonundan olan İlham Rəhimov və əslən Azərbaycandan olan Qod Nisanovdur. 

"Arevik" restoranından sonra Şeyx Həmzət Köhnə Arbatda yerləşən "Mziuri" restoranına vergi təyin edir. Bundan sonra Köhnə Arbatdakı bütün gəlirli obyektlər onun əlinə keçir. 1999-cu ildə Moskva üfüqündə Rövşən Lənkəranski peyda olanda Qastamirov artıq müəyyən nüfuza malik idi. Lənkəranski qısa bir müddət ərzində Qastamirov ilə dostlaşır və 2000-ci ildə onunla birləşərək çeçenin dəstəyini qazanır. 

Caniyev avtoritet Mirseymur Abdullayev tərəfindən "ad alır". O, 2000-ci illərin əvvəllərində paytaxt tərəvəz bazarlarına nəzarət uğrunda qəddar kriminal müharibə aparırdı. Lənkəranski elə o vaxt bütün aktivlərini Şeyx Həmzətin yardımı ilə Avropaya çıxaracağını düşünür. Qastamirovun yaxın çevrəsi onun haqqında mümkün qədər az adamın məlumatlanması üçün əlindən gələni edirdi, yəni onu kölgədə saxlayaraq qoruyurdular. Bu taktikanın əsas məqsədi çeçenin yığdığı kapitalın asan qazanc sevən daha güclü birinin əlinə keçməsinin qarşısını almaq idi. 

Bu gün Çaşxo Teypinə aid olan Qastamirov "Avropa ümumi kassası"nın nəzarətçisidir. 

"Sputnik Azərbaycan"a İnterpolla əməkdaşlıq edən Rusiya FTX-nin nümayəndələrinin verdiyi məlumata görə, rusiyalı kriminal avtoritetlərin axtarışı işində Şeyx Həmzət yalnız "Avropa ümumi kassası"nın nəzarətçisi deyil, həm də Rusiya mafiyasının "Xaç atası" Zaxari Kalaşevin (Şakro Molodoy) işlərinə nəzarət edən kimi göstərilib. "Avropa ümumi kassası"nın nəzarətinin Şeyx Həmzətə həvalə ediləcəyini Şakro Ermənistanda "sxodka" zamanı bildirmişdi. 

Şakronun Avropa təsərrüfatının çeçenin nəzarətinə verilməsi məcburiyyəti onun həbs olunması ilə əlaqədar meydana çıxdı. Məlumdur ki, Şakro bu ilin iyulunda saxlanılıb və Moskvanın "Elements" restoranının sahibindən pul tələb etməkdə ittiham edilib. 

Şakronun təsərrüfatı elə də kiçik deyil, bura Avropada bukmeyker idarələri, Las-Veqasda kazinolar, Belçikada almazların işlənməsi üçün zərgərlik evi, Rusiyanın iri neft şirkətində səhmlər paketi daxildir, həmçinin Şeyx Həmzət və Şakro Belçika zərgərlik evinin 50% səhmlərinə sahibdirlər. 

Qafqazlının maliyyə gücü o qədər böyükdür ki, bu ilin avqustunda Şeyx Həmzətin ailə bayramında Hollivudun ulduzları Al Paçino və Robert De Niro, eləcə də məşhur futbolçu Zinəddin Zidan iştirak ediblər.  

Kriminal dairələrə yaxın olan mənbə, öz növbəsində "Sputnik Azərbaycan"a daha öncə Rövşən Caniyevin həmsahib olduğu, indi isə tamamən "qanuni oğru" Qastamirovun nəzarətində olan alman və holland şirkətlərinin siyahısını təqdim edib. Bu siyahıya "Rainbow International B.V.", "Staay Food Group Holding", "Fruit Company B.V." və "Sonnen Frucht GmbH", həmçinin Rusiya, Belarus və Ukrayna bazarlarına məhsul tədarük edən topdansatış tərəvəz bazaları da daxildir. 

İki il öncə Şeyx Həmzət və Rövşən Lənkəranski öz aktivlərini - Münhendə 83 milyon avroya olan "Hotel Sofitel Munich Bayerpost" otelini almaqla genişləndiriblər. Maliyyə yatırımının on faizi Caniyev tərəfindən edilmişdi, amma bu gün bu otel tamamən Qastamirovun nəzarəti altındadır. 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Avtomobil təmiri sexində "VAZ" yandı

23 Aprel 2017 21:59

XİN rəhbəri: "Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 21:57

Bakıda faciəvi hadisə

23 Aprel 2017 21:54

"Klon" serialının "Lətifə"si indi nə işlə məşğuldur? - FOTO

23 Aprel 2017 21:52

İşə açıq geyimdə gedin

23 Aprel 2017 21:51

3 otaqlı ev yanıb

23 Aprel 2017 21:42

"Tottenhem" "Çelsi"nin antirekordunu yenilədi

23 Aprel 2017 21:37

Məşhur model hələ də körpəsini gizlədir - FOTO

23 Aprel 2017 21:32

Antisemitizm azalır

23 Aprel 2017 21:30

Yevlaxda ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 21:29

Avro-2017: təmsilçimiz qeyri-etik jest edib, yığmamıza məğlubiyyət verilib

23 Aprel 2017 21:13

Ən ağıllı heyvanların adları açıqlandı

23 Aprel 2017 21:08

Özcan Denizle yaşadığı eşq və qalmaqalla gündəmə gələn aktrisadan xəbər var - FOTO

23 Aprel 2017 20:57

Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var

23 Aprel 2017 20:52

"Qarabağ" "Sumqayıt"ın Avropa yolunu kəsdi - FOTOLAR

23 Aprel 2017 20:47

Atası atdı, anası övladlığa verdi, 8 yaşında narkotikə qurşandı - VİDEO

23 Aprel 2017 20:44

ATƏT-in avtomobili minaya düşdü

23 Aprel 2017 20:43

Fransa ilə bağlı əsaslandırılmamış məlumatlar yayılıb

23 Aprel 2017 20:42

On bir milyon fransız seçici səs verə bilməyəcək - "demokratik anomaliya"

23 Aprel 2017 20:37

"Toyota" markalı avtomobil yandı

23 Aprel 2017 20:34

Anar Məmmədxanovun ölümündən 6 il ötür - FOTO

23 Aprel 2017 20:32

"Neftçi"nin Avropaya vəsiqəni itirdiyi oyun - VİDEO

23 Aprel 2017 20:27

"Qarabağ" medallara və kuboka qovuşdu - FOTO/VİDEO

23 Aprel 2017 20:27

Ən yaxın dostuna aşiq olanlara

23 Aprel 2017 20:21

Ramil Şeydayev "fərqləndi", komandası çempion oldu

23 Aprel 2017 20:17

İsrail polisi Təl-Əvivdə hücumu terror aktı adlandırıb

23 Aprel 2017 20:17

Avro-2017: Millimizə texnki məğlubiyyət verildi

23 Aprel 2017 20:14

Məşhur serialın yeni mövsümündə sürprizlər olacaq - VİDEO

23 Aprel 2017 20:12

Azərbaycanda edam edilən sonuncu 8 məhkum

23 Aprel 2017 20:08

“Bu hal istənilən məşqçinin başına gələ bilər” - Ayxan Abbasov

23 Aprel 2017 20:07

Çempionluq həll olunsa da...” - Qurban Qurbanov

23 Aprel 2017 20:07

“Alınmasa da, məyus deyilik” - Samir Abasov

23 Aprel 2017 20:07

ABŞ-da meşə yanğınları ilə əlaqədar 8800 ev boşaldılıb

23 Aprel 2017 20:05

Burak və Fahriye söz-söhbətə son qoydular - FOTO

23 Aprel 2017 19:57

Cüdo millimiz Avropada rusvay oldu - ŞOK SƏBƏB

23 Aprel 2017 19:57

Futbolçu ölümdən döndü

23 Aprel 2017 19:52

Əhmədinejad seçkilərdə heç kimi dəstəkləməyəcəyini açıqladı

23 Aprel 2017 19:49

Qurban Qurbanov mükafatlandırmaya qatılmadı - FOTO

23 Aprel 2017 19:47

İranda narkotik vasitələrdən istifadə nəticəsində ölənlərin sayı artıb

23 Aprel 2017 19:47

Pilləkəndən yıxılan kişi öldü

23 Aprel 2017 19:43

Ebru çılpaq fotosu ilə dünya gündəminə düşdü

23 Aprel 2017 19:42

Fransada prezident seçkilərində 70% seçici iştirak edib

23 Aprel 2017 19:42

Bakıda liftdə qalan şəxs

23 Aprel 2017 19:39

Azərbaycanda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

23 Aprel 2017 19:37

Abdullayev biabırçı səhvdən danışdı, yenə nala-mıxa vurdu

23 Aprel 2017 19:37

Fələstinli Təl-Əvivdə bıçaqla 3 nəfəri yaraladı

23 Aprel 2017 19:33

Hitlerin oğlu ortaya çıxdı

23 Aprel 2017 19:33

“Zirə” ilə oyuna əvəzedici heyətlə çıxacağıq” - Tərlan Əhmədov

23 Aprel 2017 19:27

"Avroliqaya kiminsə yerinə getməyi istəməzdik" - Şahin Diniyev

23 Aprel 2017 19:27

Tramp ilk 100 gündə ən aşağı reytinqə malik olub

23 Aprel 2017 19:27