AMFA rəhbərliyi "Report" İnformasiya Agentliyində olub

AMFA rəhbərliyi "Report" İnformasiya Agentliyində olub
12:52 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İdarə Heyətinin (İH) sədri və “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) İH-nin üzvü Süleyman Kələşov, eləcə də AMFA-nın icraçı direktoru Jalə Hacıyeva "Report" İnformasiya Agentliyində olublar.
Qonaqlara Agentliyin fəaliyyəti barədə məlumat verilib. Onlar müxtəlif şöbələrin işi ilə tanış edilib. Daha sonra AMFA rəhbərliyi "Report"un iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüblər və geniş müsahibə veriblər.
Müsahibə zamanı S.Kələşov və J.Hacıyeva mikromaliyyə sektorunda cari vəziyyət, BOKT-ların yaranmış yeni iqtisadi şəraitdə fəaliyyəti, post-neft dövründən gözləntiləri, vaxtı keçmiş kreditlərin qaytarılması ilə bağlı üzləşdiyi problemlər, Azərbaycanda yaradılması gözlənilən ilk özəl kredit bürosunun perspektivləri və digər məqamlarla bağlı suallara ətraflı cavab veriblər.









Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amfa-rehberliyi-report-i-nformasiya-agentliyinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR