Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın konfransı keçirilib

Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın konfransı keçirilib

Date: 2 December 2016 12:57

Bakı. 2 dekabr. REPORT.AZ/ Dekabrın 1-2-də Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın (AHMİDŞ) Bakıdakı qərargahında Dövlətlərarası Şuranın və Dövlətlərarası Aviasiya Komitəsinin 25 illik dövr ərzində fəaliyyətinin yekunları, ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) Assambleyasının 39-cu sessiyasının yekunları, bu beynəlxalq qurumların gələcək fəaliyyətinin strateji prioritetləri və əsas proqramlarına həsr olunan konfransı keçirilib.
AHMİDŞ-nin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, Assambleyanın bu il keçirilən sessiyası zamanı ICAO və Dövlətlərarası Aviasiya Komitəsi arasında Qarşılıqlı Anlaşma Memorandumuna Əlavə imzalanıb. Əlavə sazişə üzv dövlətlərin regionda ICAO-nun Standartları və Tövsiyə olunan təcrübəsinin tətbiqi sahəsində əməkdaşlığı üçün yeni mərhələ açır. Eyni zamanda “Uçuşların təhlükəsizliyinin artırılması və uçuşa yararlılığın qorunması” haqqında ICAO-Dövlətlərarası Aviasiya Komitəsi layihəsinin müddətsiz uzadılması üzrə sənədin imzalanması olub. Bu layihə çərçivəsində ICAO-nun “Heç bir ölkə diqqətdən kənar qalmayacaq” kampaniyasının həyata keçirilməsi üzrə region ölkələrindən təxminən 9 min aviasiya mütəxəssislərinin də iştirak etdiyi 100-dən artıq müxtəlif tədbirlər keçirilib.
Konfransın əsas mövzusu ICAO Assambleyasının 39-cu sessiyasının qətnamələri prizmasında uçuşların təhlükəsizliyi və aviasiya mütəxəssislərinin hazırlanması sahəsində regional əməkdaşlığın daha da genişləndirilməsi məsələləri olub. Tədbirdə aviasiya mütəxəssislərinin hazırlanmasının perspektiv dövlətlərarası sistemi layihəsinin təqdimatı keçirilib. Azərbaycan Milli Aviasiya Akademiyası və üzv dövlətlərin bir sıra aparıcı aviasiya təhsil ocaqları bu layihədə iştirak etməkdə marağını qeyd ediblər.
Konfransda Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin baxılması üçün 2017-ci ildə Dövlətlərarası Şurasının sessiyasına çıxarılacaq gələcək fəaliyyətinin strateji məqsədləri müzakirə olunub.
Tədbir çərçivəsində iştirakçılar Mərkəzi və Şərqi Avropanın ən qabaqcıl və təchiz olunmuş aviasiya təhsil ocaqlarından biri olan Azərbaycanın Milli Aviasiya Akademiyasını ziyarət ediblər.
Qeyd edək ki, 1991-ci ilin dekabrında dünyanın ən iri regionlarından biri - postsovet məkanının 12 yeni müstəqil dövləti Mülki Aviasiya və Hava Məkanından İstifadə haqqında Dövlətlərarası Saziş imzalayıb. Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi daimi əsasda Çin, Hindistan, ABŞ, Asiya-Sakit okean regionu ölkələri, Afrika, Yaxın Şərq, Latın Amerikası da daxil olmaqla 75 dövlətlə, 19 beynəlxalq aviasiya təşkilatı ilə və ilk növbədə ICAO, eləcə də regionda formalaşan beynəlxalq təşkilatlar ilə beynəlxalq sazişlər əsasında əməkdaşlıq edir.


Tags:  Bakıda Aviasiya Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın konfransı keçirilib

RƏYLƏR


Top news