Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sankt-Peterburqda azərbaycanlını qarət ediblər

Sankt-Peterburqda azərbaycanlını qarət ediblər

Date: 2 December 2016 13:12

Bakı. 2 dekabr. REPORT.AZ/ Sankt-Peterburqda avtomobil mərkəzinin meneceri kimi fəaliyyət göstərən 41 yaşlı azərbaycanlı qarət edilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, dünən axşam vaxtı naməlum cinayətkarlar Kolomyajski prospektində kişiyə hücum edib. Zərərçəkən müqavimət göstərib. Onu vəhşicəsinə döyüb içərisində 630 min rubl (təsminən 10 min dollar) pul olan çantasını və pasportunu əlindən alıblar.
Zərərçəkən qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Polis nəzarət kameralarına tuş gələn quldurların axtarışı ilə məşğuldur.


Tags:  Sankt-Peterburqda azərbaycanlını qarət ediblər

RƏYLƏR


Top news