Netanyahunun arvadı 10 saat dindirildi

Netanyahunun arvadı 10 saat dindirildi
13:18 2 Dekabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail polisi ölkənin baş naziri Benyamin Netanyahunun arvadını 10 saatdan çox dindirib.

Publika.az “RİA-Novosti” agentliynə istinadən xəbər verir ki, bu haqda yerli “Haarets” nəşri bildirib.

Dindirilmə prosesi dünən keçirilib. Nəşrin məlumatına görə, baş nazirin arvadı Sara Netanyahu dövlət büdcəsindən şəxsi ehtiyacları üçün xərcləməkdə, o cümlədən ailə tədbirləri üçün yemək sifarişləri verməkdə və atası üçün baxıcı tutmaqda şübhəli bilinir.

Netanyahu cütlüyü bütün ittihamları rədd edir. “Mən təkrarlayıram, bundan heç nə çıxmayacaq, çünki burada heç nə yoxdur”, - deyə İsrail nəşri Sara Netanyahudan sitat gətirib.

Hüquq-mühafizə orqanları isə araşdırmanın gedişatını şərh etmirlər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR