Aleksandr Maslyakov Bakıda ən yaxşı komandanı müəyyənləşdirəcək

Aleksandr Maslyakov Bakıda ən yaxşı komandanı müəyyənləşdirəcək
13:27 2 Dekabr 2016
83 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Dekabrın 18-də Heydər Əliyev Sarayında Azərbaycan ŞHK Liqasının üçüncü mövsümünün möhtəşəm finalı keçiriləcək.
Azərbaycan Şən və Hazırcavablar Klubunun (ŞHK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, çempion adı uğrunda Azərbaycan, Rusiya və Gürcüstandan olan komandalar yarışacaq.
Azərbaycan ŞHK Regional Liqası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə keçirilir.
Konsertdə Azərbaycan təmsilçisi, "Kivin v tyomnom-2016" mükafatının sahibi olan "Bakı yığması" komandası ilə yanaşı, 2015-ci il mövsümün finalçıları olan Dağıstan yığması, "Prezident Kivin-2016"-nın qalibi olmuş Gürcüstan yığması yarışacaq. Konsertin aparıcısı isə Aleksandr Maslyakov olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/aleksandr-maslyakov-bakida-en-yaxsi-komandani-mueyyenlesdirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR