Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

Təhsil Nazirliyindən tələbə köçürülməsi ilə bağlı AÇIQLAMA (22 Mart 2017 13:52)
​"Xaricdə təhsil alan gənclər vətənə qayıtmalı və..." (04 Mart 2017 15:23)

Tarix: 2 Dekabr 2016 13:32

Azərbaycan Təhsil Nazirliyi xaricdə distant ali təhsil alan azərbaycanlı tələbələrin diplomlarının tanınmamasının səbəbini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev jurnalistlərə deyib ki, hazırda Azərbaycanda distant təhsil formasının mexanizmi mövcud deyil.

Onun sözlərinə görə, Azərbaycanda distant təhsil mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmirlər.

S.Vəliyev qeyd edib ki, gələcəkdə Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunduqdan sonra həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq.

Nazirlik rəsmisi Azərbaycanın diplomlarının hər bir xarici ölkənin prosedur qaydalarına uyğun olaraq tanındığını söyləyib.

Milli.Az


Teqlər:  Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır



RƏYLƏR


Top xəbərlər