Ümumdünya Poçt İttifaqının Baş katibi “Bakutel-2016” sərgisi ilə tanış olub

Ümumdünya Poçt İttifaqının Baş katibi “Bakutel-2016” sərgisi ilə tanış olub
13:35 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

“Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) Baş katibi Bişar Hüseyn Bakı Ekspo Mərkəzində keçirilən sərgi ilə tanış olub.
 
 
Qeyd edək ki, bu, ÜPİ-nin yüksəksəviyyəli rəsmisinin ölkəmizə üçüncü səfəridir.
 
 
Keniya vətəndaşı olan Bişar Hüseyn 2012-ci ildən ÜPİ-nin Baş direktoru vəzifəsini icra edir.
 
 
Sərgi ilə tanışlıq zamanı, Baş katib Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumların və müəssisələrin stendlərinin cəmləşdiyi ümumi pavilyonda olub, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ona həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verib.
 
 
“Elektron hökumət” portalının stendi ilə tanışlıq zamanı bildirilib ki, portal vasitəsilə 418 növ elektron xidmət göstərilir. Bu günədək ölkədə 100 mindən artıq “elektron imza” istifadəyə verilib.
 
 
Sonra qonağa  ölkəmizə məxsus ilk regional Data Mərkəzi barədə məlumat verilib.
 
 
Bildirilib ki, TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmış “bulud” texnologiyası əsasında regionda ilk olan Data Mərkəzi artıq istismara tam hazırdır. Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyaya şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan “bulud” texnologiyalarının dövlət və özəl sektora inteqrasiyasına təkan verəcək. 
 
 
Yeni yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin stendində məlumat verilib ki, bu şəbəkə vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən bütün xidmətlərin vahid mərkəzdən göstərilməsi planlaşdırılır ki, bununla da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılacaq, həmin xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısı alınacaq.
 
 
Sonra innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara göstərilən dəstək və yaradılan şərait barədə məlumat verilib.
 
 
“Azərkosmos” ASC-nin stendi ilə tanışlıq zamanı məlumat verilib ki, ölkəmizin ilk telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən 44 televiziya və 14 radio kanalı yayımlanır. Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” təsvirlərin daha sürətli və etibarlı şəkildə birbaşa alınmasını mümkün edib. Bildirilib ki, ikinci telekommunikasiya peyki “Azerspace-2”-nin SSL şirkəti tərəfindən istehsalı və “Ariannespace” şirkəti tərəfindən orbitə çıxarılması üzrə müqavilələr imzalanıb.
 
 
Yerli startapçılar tərəfindən hazırlanan məhsullarla tanışlıq zamanı qeyd edilib ki, “Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların yaratdıqları oyunlar ölkəmizdə və xaricdə uğur qazanan, yüksək keyfiyyətli qrafik oyunlardır. Bu məhsullar arasında “Bakı Treki” və müxtəlif səviyyəli innovativ oyunlar maraqla qarşılanır.
 
 
Məlumat üçün bildirək ki, Ümumdünya Poçt İttifaqı Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış müəssisələrindən biridir və dünyanın 193 ölkəsi bu təşkilatın üzvüdür. Azərbaycan 1993-cü ildən ÜPİ-yə üzv qəbul edilib.
 
 
Təşkilat ölkələrarası beynəlxalq poçt mübadiləsi məsələlərini tənzimləyir, şəbəkə və xidmətlərin inkişafında qlobal mərkəz əlaqələndirici funksiyasını həyata keçirir.
 
 
Ölkəmiz bu təşkilatla əməkdaşlıq əlaqələrini son dövrlərdə daha da  möhkəmləndirib. Azərbaycan Poçtunun inkişafı üçün ÜPİ-nin texniki dəstəyi ilə müxtəlif illərdə layihələr həyata keçirilib.
 
 
Cari ildə Azərbaycan, ÜPİ-nin Poçt Əməliyyatları Şurasına Poçt-maliyyə Xidmətləri adlı 4 nömrəli komissiyaya həmsədr vəzifəsinə seçilib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Havalar nə vaxtdan sərinləşəcək?

21 İyul 2017 20:52

"Mercedes" 12 yaşlı velosipedçini vurdu - Sabirabadda

21 İyul 2017 20:49

Şamaxı yolu çökdü - VİDEO

21 İyul 2017 20:47

Şahzadə Diananın şəxsi əşyaları sərgilənəcək - FOTO

21 İyul 2017 20:42

Polis və nəqliyyat müfəttişləri reyd keçirib - VİDEO

21 İyul 2017 20:37

Yıldız Tilbe "O Səs Türkiyə"də olacaq?

21 İyul 2017 20:35

"Ağ ev"də GÖZLƏNİLMƏZ İSTEFA

21 İyul 2017 20:33

Azərbaycan Prezidenti Rusiyaya işgüzar səfərə gəlib

21 İyul 2017 20:32

Şon Spayser Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verib

21 İyul 2017 20:32

"Zəlzələ gündüz olsaydı, indi dənizdən cəsəd toplayırdıq" - Qorxunc iddia

21 İyul 2017 20:32

İstanbulda Türkiyə ilə Azərbaycan arasında işgüzar əlaqələr müzakirə olunub

21 İyul 2017 20:27

İnvestorlar qlobal maliyyə bazarları üçün əsas təhlükəni açıqlayıblar

21 İyul 2017 20:27

Venesuelada kütləvi etirazlarda 100 nəfər ölüb

21 İyul 2017 20:27

790 min dollara aldığı evi iki qatından da baha satır - FOTO

21 İyul 2017 20:22

Prezident İlham Əliyev Rusiyaya səfər edib

21 İyul 2017 20:22

Mingəçevirdə QƏZA: Sürücü avtomobili maneələrə çırpdı

21 İyul 2017 20:18

Bakıda dənizdə batan iki nəfər xilas edilib

21 İyul 2017 20:17

Azərbaycan prezidenti Rusiyada səfərdədir

21 İyul 2017 20:14

Prezident İlham Əliyev Rusiyada işgüzar səfərdədir

21 İyul 2017 20:12

ADU-nun rektoru KİV təmsilçiləri ilə görüşüb

21 İyul 2017 20:12

"Yuve"dən 40 milyonluq transfer

21 İyul 2017 20:12

Bizim Hamletlər

21 İyul 2017 20:05

Rusiyanın “TROYA ATI”, birinci MƏQSƏD ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

21 İyul 2017 20:03

Rusiya yaxın 3 ildə elektromobillərin istehsalda payını 17%-ə çatdıracaq

21 İyul 2017 20:02

Məşhurları bir də makiyajsız görün - FOTO

21 İyul 2017 19:57

"Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır"

21 İyul 2017 19:54

Menyer xəstəliyinə daha çox qadınlar arasında rast gəlinir

21 İyul 2017 19:52

Almaniya da eynicinslilərin nikahını leqallaşdırdı

21 İyul 2017 19:48

Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşu 28% artıb

21 İyul 2017 19:47

3-cü dəfə ana olacaq - FOTO

21 İyul 2017 19:47

Dəniz kənarında hava və su vannası üçün ən yaxşı vaxt

21 İyul 2017 19:42

Yüzdən çox qovaq ağac kəsdilər

21 İyul 2017 19:38

40 kiloqram arıqladıqdan sonra döyməsini göstərdi - FOTO

21 İyul 2017 19:37

Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyəti müzakirə olunub

21 İyul 2017 19:37

Qurban Qurbanov “Şerif”i dəyərləndirdi

21 İyul 2017 19:34

Ədliyyə Nazirliyinin 20 əməkdaşı məsuliyyətə cəlb olunub -

21 İyul 2017 19:34

Həyatınızı dəyişdirən KARMA QANUNLARI

21 İyul 2017 19:33

Çində qum heykəllərdən ibarət park yaradılır - FOTO

21 İyul 2017 19:32

Təmiz zeytun yağını necə tanıyaq? - ÜSULLAR

21 İyul 2017 19:27

Mingəçevirdə sürücü avtomobili manelərə çırpıb və ciddi xəsarət alıb

21 İyul 2017 19:27

AFFA bu komandanı Bakıya 700 min avroya gətirib

21 İyul 2017 19:27

Zamiq ayrıldığı prodüseri ilə yenidən bir arada - FOTO

21 İyul 2017 19:27

İqtisadiyyat naziri Xırdalanda vətəndaşlarla görüşüb

21 İyul 2017 19:22

"Prezidentin jurnalistlərlə görüşü mühüm hadisədir" - Əflatun Amaşov

21 İyul 2017 19:19

Ədliyyə Nazirliyində BÖYÜK "ƏMƏLİYYAT": 20 əməkdaş məsuliyyətə cəlb olundu

21 İyul 2017 19:18

“Dərman fabriklərinə qoyulacaq sərmayənin həcmi 100 milyon dollara bərabərdir”

21 İyul 2017 19:16

“Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır” - Prezident

21 İyul 2017 19:14

""Real"da rəqabətdən deyil, başqa şeylərdən qorxmaq lazımdır"

21 İyul 2017 19:12

7 nəfər Ədliyyə Nazirliyində vəzifəsindən azad edilib

21 İyul 2017 19:09

Qaxda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək

21 İyul 2017 19:07