"Azərbaycanı araşdırmış" kəşfiyyatçı zabit "mavi" və İŞİD-çi çıxdı - FOTO

"Azərbaycanı araşdırmış" kəşfiyyatçı zabit "mavi" və İŞİD-çi çıxdı - FOTO
13:37 2 Dekabr 2016
102 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın milli kəşfiyyat və əks-kəşfiyyat strukturu olan "Bundesamt für Verfassungsschutz" (BFV) əməkdaşı, 51 yaşlı şəxsin homoseksual, habelə "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına meylli adam olduğu aşkarlanıb.

Milli.Az istinadən bildirir ki, evli, 4 övlad atası olan 51 yaşlı Roke M. (Roque M.) şərti adlı şəxs həbs olunub. O, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Tenisforst şəhərinin sakinidir. Tenisforst şəhəri Düsseldorfun yaxınlığında yerləşir.

BFV-in analitik təhlil və monitorinq şöbəsində çalışan, zabit olan ispan əsilli bu şəxsin evində axtarış aparılarkən onun noutbukunda homoseksual yönlü videolar aşkarlanıb. Həmin videolar qısa filmlərdi və tutulan zabit də o filmlərdə "Roke M." niki ilə pornoaktyor qismində çəkilmişdi.

Homoseksual yönlü filmlərə "Roke M." təxəllüsü ilə çəkilən BVF zabiti elə həmin niklə İnternetdəki forumlarda və çatlarda İŞİD təbliğatı aparırmış.

Roke M.-in ailəsi onun homoseksual, üstəlik də İŞİD-ə meylli olmasından xəbərsizdi.

İlkin məlumatlara görə, Roke M.-in pornoqrafik filmlərdə çəkilişlər zamanı istifadə etdiyi təxəllüsü  seçməyi könüllü olub. Lakin onun İŞİD-ə rəğbəti, meyllənməsi spontan olmayıb.

Alman kəşfiyyatçı zabitin elə Tenisforstda yaşayan, evi zabitin evindən cəmi 1 km aralıda yerləşən 32 yaşlı radikal islamçı Əhməd Əbdüləziz Abdulla Ənvərin təsiri altına düşdüyü güman olunur. Abdulla Ənvər internetdə İŞİD-in təbliğ olunduğu resurslarda, çatlarda və forumlarda "Əbu Vəlaa" təxəllüsü ilə tanınır.

Noyabrın 17-də saxlanmış Roke M. indi müvəqqəti istintaq təcridxanasındadır.

Polisdən verilən rəsmi açıqlamaya görə, o, "Almaniyanın Konstitusiyanın Mühafizəsi Xidmətinin (BFV) malik olduğu, dövlət sirri sayılan məxfi məlumatları oğurlamaq, habelə BFV-in Köln şəhərindəki mənzil-qərargahında terror aktı törətmək cəhdində suçlanır".

Köln şəhər prokurorluğundan isə bildirilib ki, istintaq zamanı verdiyi ifadələrdən birində Roke M. "azadlığa buraxılan kimi Almaniyanı  tərk edərək Suriyaya yollanmaq, İŞİD-ə qoşulmaq" niyyətində olduğunu söyləyib.

Əldə etdiyimiz məlumata görə, Roke M. Almaniyanın BFV kəşfiyyat və əks-kəşfiyyat strukturunda, yəni rəsmi adı Almaniyanın Konstitusiyanın Mühafizəsi Xidməti olan qurumda analitik kimi çalışaraq radikal islamçılıq və terror təhlükələri mənbələrini araşdırmaqla yanaşı, postsovet məkanı, xüsusilə də Cənubi Qafqaz və Orta Asiya dövlətlərinin "kurasiya" olunduğu şöbədə işləyib.

Bu şöbədə Azərbaycandakı situasiya da izlənilir.

Əldə etdiyimiz məlumata görə, BFV-in 51 yaşlı zabitinin davranışı avqust ayında alman əks-kəşfiyyatçılarda şübhə yaradıb. Bundan sonra Roke M. ilə bağlı operativ əməliyyata başlanmasına qərar verilib.

BFV agentlərindən biri Roke M.-in sürəkli olaraq İŞİD təbliğatı apardığı çatlardan birində qadın adı ilə saxta profil yaradıb, sonra da Roke M. ilə tanış olub.  Agent özünü Suriyada yaşayan İŞİD-çi qadın-ekspert kimi təqdim edib.

Onlar intensiv yazışmağa başlayıblar.

Oktyabr ayının sonlarında çatdakı "söhbət" zamanı Roke M. kəşfiyyatçı analitik olduğunu, BVF-də radikal islamçı və ekstremist-terrorçu təşkilatlar, o cümlədən İŞİD-lə bağlı toplanan məlumatların bir qismini ötürə biləcəyini yazıb.

Daha sonra o, İŞİD-ə: "Sizin adamlarınızdan birini hətta bizim təşkilata işə də düzəldə bilərəm", - yazıb.

Günlər keçib, saxta profilli agentlə Roke M. arasında yazışma daha da intensivləşib. Belə "söhbət"lərdən birində 51 yaşlı kəşfiyyat zabiti "İŞİD-çi qadın"a BVF-in çox məxfi, daxili sənədlərindən bəzilərini yollayacağını vəd edib.

Həmin vədin ertəsi günü Roke M. evində həbs olunub.

Olay Almaniyada böyük qalmaqal yaradıb. Ölkə parlamenti olan bundestaqda Roke M.-in həbsi, daha doğrusu, BVF-in fəaliyyətindəki belə rüsvayçılıqla bağlı dinləmələrin olacağı gözlənilir.

"Baş verənlər qəribə və inanılmaz olmaqla yanaşı, çox qorxuducudur. Çünki kəşfiyyat və xüsusilə də əks-kəşfiyyatla məşğul olan dövlət qurumunda çox məxfi səciyyəli, dövlət sirri xarakterli məlumatlardan birbaşa istifadə hüququ olan şəxs radikal islamçı imiş. O, radikal ilamçılıq təbliğatı aparıb, başqa şəxsləri də radikalizmə və ekstremizmə sövq etməyə çalışıb", - məşhur alman siyasətçi, Almaniya Yaşıllar Partiyasının funksioneri, bundestaqın deputatı Hans Xristian Ştrobl söyləyib.

H.X.Ştrobl bundestaqda ölkənin hüquq-mühafizə və təhlükəsizlik qurumlarının fəaliyyətinə nəzarət komitəsinin üzvüdür.

Onun dediyinə görə, BFV real olaraq nələrin baş verdiyini, Roke M.-in təhlükəli element olduğunun niyə vaxtında aşkarlanmadığının səbəblərini mütləq şəkildə açıqlamalıdır.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR