Bakıda yolu keçmək istəyən Türkiyə vətəndaşını avtomobil vurub

Bakıda yolu keçmək istəyən Türkiyə vətəndaşını avtomobil vurub
13:37 2 Dekabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıda Türkiyə vətəndaşını avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib. 
Oradakı "Mc Donalds" restoranından çıxaraq yolu keçmək istəyən Türkiyə vətəndaşı Özkurt Mehmedi avtomobil vurub. Nəticədə M.Özkurt ağır bədən xəsarətləri alıb. O, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər M.Özkurtun vəziyyətini ağır kimi qiymətləndiriblər.
Hadisəni törədən sürücünün izahatı alınıb və avtomobili cərimə meydançasına aparılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar davam edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yolu-kecmek-isteyen-turkiye-vetendasini-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR