Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Syomin Səmədovu bazadan qovdu

Syomin Səmədovu bazadan qovdu

Date: 2 December 2016 13:37

Rusiyanın "Lokomotiv" klubunun baş məşqçisi Yuri Syominin azərbaycanəsilli futbolçusu Aleksandr Səmədovu oynatmamasının təfərrüatı məlum olub.


32 yaşlı oyunçu komandanın açıq məşqi zamanı, jurnalistlərin qarşısında Syominlə mübahisə edib. A.Səmədov məşqçinin iş üslubundan narazılığını bildirib. O, Syominin taktiki yanaşmasını köhnəlmiş hesab edib.


Bundan sonra Y.Syomin A.Səmədovu ölkə çempionatında "Tom"la oyunda ehtiyatda saxlayıb. Y.Syomin oyunçuya bildirib ki, onun xidmətlərinə ehtiyac duymur. O, Səmədovdan əşyalarını yığaraq klubun bazasını tərk etməyi tələb edib.


Qeyd edək ki,  Y.Syomin oyunçunu payız mövsümünün sonuna qədər oynatmamağa qərar verib.


Əlavə edək ki, Rusiya Premyer Liqasında payız mövsümü dekabrın 5-i başa çatır, 2017-ci ilin martın 3-də isə yaz mövsümü başlayır.(qol.az)


Fanat.Az


Tags:  Syomin Səmədovu bazadan qovdu

RƏYLƏR


Top news