Keçmiş sevgililər səhnədə qarşılaşdı - foto+video

Keçmiş sevgililər səhnədə qarşılaşdı - foto+video
13:41 2 Dekabr 2016
282 Şou
Ölkə mətbuatı
A- A+

"Victoria's Secret"in Parisdə keçirilən dəfiləsində keçmiş sevgililər üz-üzə gəliblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, model Bella Hadid bir ay əvvəl ayrıldığı "The Weeknd"in çıxışı zamanı podiuma çıxıb və onların qarşılaşması maraqla qarşılanıb.

Keçmiş sevgililərin səhnədə bir-birinə baxışı birmənalı izah edilməyib. Fələstin əsilli gözəlin kövrəlməsi onların bir-birinə qarşı hisslərinin bitmədiyi kimi şərh edilib.

Bella həmin anların fotosunu paylaşaraq keçmiş sevgilisini də yazıya qeyd edib:

"Həyatımın ən gülməli və əsəbiləşdirici anı idi. Amma həmin anı təkrar etmək istərdim. Bu kainatın ən yaxşı və inanılmaz səhnə sənətçisi olduğun üçün təşəkkür edirəm".

Bəzi adamlar onların barışacağını, digərləri isə əksinə Bellanın həmin an sevgilisinin baxışlarından narahat olduğunu bildirib.







Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR