Rusiya Türkiyənin xidməti pasportlara malik vətəndaşlarına vizanı götürə bilər

Rusiya Türkiyənin xidməti pasportlara malik vətəndaşlarına vizanı götürə bilər
13:47 2 Dekabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ “Türkiyədəki təhlükəsizlik sahəsində vəziyyətin asan olmadığnı nəzərə alaraq ilk addım kimi xidməti pasportlara vizasız rejim tətbiq etməyə və biznes sektoru üçün daha fərqli şərait yaratmağa hazırıq".
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirib.
Qeyd edək ki, son zamanlar Türkiyə və Rusiya rəsmiləri arasında keçirilən görüşdə tərəflər viza rejiminin sadələşdirilməsi və ya ləğv edilməsi məsələsini müzakirə edirlər. Bu ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Rusiyanın dövlət başçısı Vladimir Putin Türkiyə vətəndaşlarına tətbiq edilən viza rejiminin addım-addım aradan qaldırmağa hazır olduqlarını bildirmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-turkiyenin-xidmeti-pasportlara-malik-vetendaslarina-vizani-goture-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR