"Prezidentin atdığı addımlar XİN və səfirliklər üçün nümunə olmalıdır" - SƏMƏD SEYİDOV

"Prezidentin atdığı addımlar XİN və səfirliklər üçün nümunə olmalıdır" - SƏMƏD SEYİDOV
13:49 2 Dekabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Milli Məclisinin komitələrinin gələn ilin büdcə zərfi ilə bağlı birgə iclasında xaricdəki səfirlik və konsulluqların dövlət vəsaitlərinin səmərəli istifadə etməsinin zəruriliyi vurğulanıb.

 

APA-nın məlumatına görə, MM-in Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov bildirib ki, gələn ilin dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitdə azalma yoxdur: "Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanması ilə əlaqədar maliyyə ötən illə müqayisədə artırılıb. Lakin bu gün daha çox keyfiyyət, səmərəli iş, nəticə özünü göstərməlidir.

 

Cənab prezidentin xarici siyasət sahəsində ortaya qoyduğu iradə, atdığı addımlar həm XİN, həm də səfirliklər üçün konkret nümunə olmalıdır. Hesab edirəm ki, bu gün Azərbaycanın xarici siyasəti ölkə başçısının tövsiyə etdiyi istiqamətlər üzrə islahatları özündə ehtiva edən, Azərbaycanı postneft ölkəsi kimi təqdim edən siyasətə çevrilməlidir.

 

Büdcədən ayrılan vəsaiti necə səmərəli sərf edəcəyimizi fikirləşməliyik. Büdcədən ayrılan vəsaitlər üzrə işimizi səmərəli təşkil etsək, əminəm ki, Azərbaycanın beynəlxalq əlaqələri heç də hansısa problem qarşısında qalmayacaq, əksinə, daha da inkişaf edəcək”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR