Vidadi Zeynalovun işi: "Həmin aparatlara bir nömrə yerləşdirilirdi və xaricdən idarə edilirdi"

Vidadi Zeynalovun işi: "Həmin aparatlara bir nömrə yerləşdirilirdi və xaricdən idarə edilirdi"
13:52 2 Dekabr 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namazalı Məmmədov ifadə verib. O, 1997-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyib: "İstintaq zamanı dedilər ki, qiymətlər şişirdilib. Bu, düzgün deyil. Müəyyən edilib ki, mənim "Aztelekom"dan 16 milyon manat alacağım var. Məni isə 4 milyon manat mənimsəməkdə ittiham edirlər. Nəyə görə həbs olunmuşam, bilmirəm".
 
Prokurorun sualların cavablandıran N. Məmmədov Vidadi Zeynalova pul vermədiyini deyib. Vəkillərin suallarına cavab olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən əlavə, Daxili İşlər, Ədliyyə nazirlikləri, "Azercell Telekom"la da çalışdığını deyib. Bildirib ki, hərraclar barəsində qəzetlər vasitəsi ilə xəbər tutub. O, baş mühasibi Səhrab Məmmədova 32 min manat pul vermədiyini də deyib: "Səhrab Hümbətov pul yeyənə oxşayır? Ona ancaq maaş vermişəm".
 
Təqsirləndirilən Cəlil Cəfərov özünü təqsirli bilmədiyini, heç bir qanunu pozmadığını deyib: "Nazir mənə əmək haqqı kimi paket verib. "Rabitə" voleybol klubunun prezidenti olmuşam. Bütün işləri özüm qurmuşam. Sonra "Telekom" klubunu yaratdıq".
 
C. Cəfərov rabitə sahəsində mütəxəssis olduğunu deyib. Bildirib ki, sosial şəbəkələr vasitəsində danışıq trafikləri barədə hər ay nazirə məruzə edib: "Bütün dünyada sosial şəbəkə ilə danışıq trafiki aşağı düşür. Bizi Rusiya monopoliyada saxlayırdı. Sonradan biz Avropa trafikinə qoşula bildik. Naxçıvanla bir vaxtlar əlaqə yaratmaq çətin idi. Biz İranla danışıqlar apardıq, rouminq sistemi quruldu. Azərbaycan peykinin buraxılması barədə müqavilə mənim tərəfimdən imzalanıb. Sonradan "Azərkosmos" yaradıldı və işlər onlara təhvil verildi".
 
O, heç bir mütəşəkkil dəstə yaratmadıqlarnı deyib: "Beynəlxalq danışıqlarla bağlı bizdə cinayətlər baş alıb gedir. Bizim MTN və digər təhlükəsizlik orqanları ilə tədbirlərimiz olub. Bakıda reydlər keçirmişdik. Adamları aldatmışdılar ki, filan aparat wi-fi aparatını gücləndirir. Həmin aparatlara bir nömrə yerləşdirilirdi və xaricdən idarə edilirdi. Elə olurdu ki, Azərbaycanda trafik sıfıra düşürdü. Heç bir qanun pozuntusu olmayıb. Vergi yoxlaması zamanı da tariflərin düzgün hesablanması məlum olub. Mənim heç bağ evim də yoxdur. Xahiş edirəm, barəmdə bəraət hökmü çıxarasınız".
 
Proses günün ikinci yarısında davam edəcək.
 
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
 
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom" MMC, "AzİnTelekom" MMC, "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qəti imkan tədbiri seçilib.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Qarabağ” - "Şerif" matçından

26 İyul 2017 00:32

Tehran və Moskva nüvə əməkdaşlığını müzakirə etdilər

26 İyul 2017 00:29

Məşhur müğənni Mayamidə səhnəyə çıxdı - FOTO

26 İyul 2017 00:05

“Facebook” Azərbaycan kəndini “Şaumyan” adı ilə təqdim edir

26 İyul 2017 00:05

Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür

26 İyul 2017 00:05

Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb

26 İyul 2017 00:02

Oğuza gəzintiyə gedən müəllim qəfil öldü

25 İyul 2017 23:59

Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər

25 İyul 2017 23:57

Yaralı hərbçiləri müalicə edən həkimlər tutuldu

25 İyul 2017 23:52

Serotonin nədir?

25 İyul 2017 23:52

"Onu gözüm çox axtardı" Tahir Gözəl

25 İyul 2017 23:52

MARAQLI YARIŞ: Ərlər arvadlarını 500 metr boynunda daşıdı - VİDEO

25 İyul 2017 23:48

"Şerif"in baş məşqçisi: "Öz qapımızı daha çox qorumalı olduq"

25 İyul 2017 23:47

Qurban Qurbanov: 0:0 hesabı da pis nəticə deyil

25 İyul 2017 23:47

“Fərəc” duası şeytanı niyə əsəbiləşdirir?

25 İyul 2017 23:47

Azərbaycan neftinin SON QİYMƏTİ

25 İyul 2017 23:42

Zoofiliya və sadomiya nədir?

25 İyul 2017 23:42

"Başqa cür oynaya bilməzdik"

25 İyul 2017 23:38

"Oyunumuzda mütləq dəyişiklik olacaq" - Qurban Qurbanov

25 İyul 2017 23:37

“Onlar istədiklərini ala bildilər” - Qurban Qurbanov

25 İyul 2017 23:37

Kürdəmirdə 7 otaqlı ev, 20 ton ot və “QAZ” kül oldu

25 İyul 2017 23:34

İran və Rusiyanı bir araya gətirən CİDDİ SƏBƏB

25 İyul 2017 23:33

Braziliyalı gözəl okean sahilində - FOTO

25 İyul 2017 23:32

Xidmətçinin ruhu kameraya düşdü - VİDEO

25 İyul 2017 23:32

"Başqa cür oynaya bilməzdik" - "Şerif"in baş məşqçisi

25 İyul 2017 23:27

"Yunanıstana miqrant axını 99 faiz azalıb" - Çavuşoğlu

25 İyul 2017 23:27

İmicinizi dəyişmək istəyirsiniz?

25 İyul 2017 23:24

“Bundan da yaxşısını bacararıq” – “Şerif”in baş məşqçisi

25 İyul 2017 23:22

Kann vağzalında 156 mühacir saxlanıldı

25 İyul 2017 23:22

Qara turp və balın faydaları

25 İyul 2017 23:22

Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

25 İyul 2017 23:22

Mingəçevir sakini 89 növ dərman içib ölmək istədi

25 İyul 2017 23:22

İmam Cəfər Sadiq niyə xilafəti ələ keçirmədi?

25 İyul 2017 23:17

Baş katib "Qarabağ"ın fan-şopundan nə aldı? - FOTO

25 İyul 2017 23:17

Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir?

25 İyul 2017 23:12

Sarımsaq yağının faydaları

25 İyul 2017 23:12

Sosial şəbəkələrdən telefon alanlar

25 İyul 2017 23:10

“Qarabağ” “Şerif”lə bacarmadı

25 İyul 2017 23:09

"Qarabağ" Jezniçaksız qaldı - SON DURUM

25 İyul 2017 23:07

Ona "Kardaşyanın əkizi" deyirlər - FOTO

25 İyul 2017 23:05

Samuxda baltalanan, saçı qırxılan qadının aqibəti: "Kənddə şaiyə yayıblar ki..."

25 İyul 2017 23:05

Gülnarə Xəlilovanın kitabı işıq üzü gördü – FOTO

25 İyul 2017 23:03

Mingəçevir sakini intihara cəhd edib

25 İyul 2017 23:02

ÇL: “Qarabağ” Bakıda "Şerif"in müqavimətini qıra bilməyib

25 İyul 2017 22:57

Psixopat insanları necə tanlmalı?

25 İyul 2017 22:57

Türkiyə təyyarəsində bomba həyəcanı

25 İyul 2017 22:54

Türkiyədən Suriyaya uzanan tunel tapıldı

25 İyul 2017 22:52

Sizofreniyanın əlamətləri

25 İyul 2017 22:52

“Qarabağ” – “Şerif” matçı heç-heçə yekunlaşdı

25 İyul 2017 22:51

Ayətullah Seyyid İsmayil Sədrdən həyat yoldaşına izahat

25 İyul 2017 22:47