Bakıda özünü yandıran şəxslə bağlı ACI XƏBƏR - YENİLƏNİB

Bakıda özünü yandıran şəxslə bağlı ACI XƏBƏR - YENİLƏNİB
13:59 2 Dekabr 2016
169 Digər
Ölkə mətbuatı
A- A+

2 gün əvvəl Bakıxanov qəsəbində özünü yandıran şəxs xəstəxanada vəfat edib. Lent.az-ın məlumatına görə, Axundov küçəsi 10 ünvanında üzərinə benzin tökərək özünə od vuran 37 yaşlı Fəzail Cəbrayılov 5 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Bədəninin 70 faizdən çox hissəsi, eləcə də tənəffüs yolları yanan şəxs bu gün ölüb.

 

İntihar faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

*****

 

1 dekabr

 

Dünən Bakıda özünü yandıran şəxsin vəziyyəti ağır olaraq qalır. Respublika Yanıq Mərkəzindən Lent.az-a bildirilib ki, noyabrın 30-da günorta saatlarında Bakıxanov qəsəbəsindən ağır vəziyyətdə gətirilən 37 yaşlı Fəzail Cəbrayılov reanimasiya şöbəsində saxlanılır. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.

 

Qeyd edək ki, dünən saat 14 radələrində Bakıxanov qəsəbəsi, Axundov küçəsi 10 ünvanında yaşayan Cəbrayılov Fəzail Nəcəf oğlu üzərinə benzin tökərək od özünə vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə alov söndürülüb və o, dərhal xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR