Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəncə və Sumqayıtda qanunsuz idman mərc oyunlarının keçirildiyi müəyyən edilib

Gəncə və Sumqayıtda qanunsuz idman mərc oyunlarının keçirildiyi müəyyən edilib

Date: 2 December 2016 14:07

Bakı. 2 dekabr. REPORT.AZ/ Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri zamanı Gəncə şəhər sakini, İlqar Abdullayevin fəaliyyət göstərdiyi Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti,510A ünvanda yerləşən çayxanada qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkarlanıb. Bu barədə “Report”a Nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.
Məlumatda deyilir ki, Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin qərarı ilə İ.Abdullayevin fəaliyyət göstərdiyi çayxanada və yaşadığı ünvanda yerləşən mənzilində qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilən 8 ədəd "Notebook", xarici internet saytlardan əldə edilmiş və kağızda çap olunmuş idman mərc oyunlarının siyahısı, həmin oyunlara qoyulan proqnozlara görə verilən əmsallar barədə qeydlər aşkarlanaraq götürülüb.
İ.Abdullayevin “Bədən tərbiyəsi və idman haqqında” qanunun və Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları” haqqında qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2011-ci ilin dekabr ayından 2016-cı ilin oktyabr ayınadək idman mərc oyunlarının təşkili nəticəsində 680 min manat, yəni külli miqdarda gəlir əldə etməkdə şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işi başlanıb.
Noyabrın 21-də İ.Abdullayev CM-nin 192-1.3.2-ci maddəsilə ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa Departamentin İstintaq idarəsi tərəfindən Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, Mehman Yavər oğlu Rüstəmova məxsus bağ evində axtarış götürmə istintaq hərəkəti apararaq qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilmiş 5 ədəd faks aparatı, 18 ədəd prosessor, 1 ədəd yaddaş kartı, 8 ədəd printer, 8 ədəd qumar masası, domino daşları, kartlar aşkar edilərək götürülüb.
M.Rüstəmovun “Bədən tərbiyəsi və idman haqqında” qanunun və Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın müvafiq maddələrinin tələblərini pozmaqla, 2011-ci ilin noyabr ayından 2016-cı ilin noyabr ayıda daxil olmaqla idman mərc oyunlarının təşkili nəticəsində 1 mln. manat, yəni külli miqdarda gəlir əldə etməkdə şübhələr üçün əsaslar olduğundan, faktla bağlı CM-nin 192-1.3.2 maddəsi ilə cinayət işi başlanıb. Noyabrın 25-də M.Rüstəmov CM-nin 192-1.3.2 maddəsi ilə ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.





Tags:  Gəncə Sumqayıtda qanunsuz idman mərc oyunlarının keçirildiyi müəyyən edilib

RƏYLƏR


Top news