Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada azərbaycanlını döyüb, 630 mini oğurladılar

Rusiyada azərbaycanlını döyüb, 630 mini oğurladılar

Date: 2 December 2016 14:17

Ötən gün Sankt-Peterburqun Primorsk rayonunda cinayətkarlar avtomobil mərkəzinin menecerindən 630 min rubl oğurlayıblar.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir. 

Məlumata əsasən, 41 yaşlı azərbaycanlıya qarşı hücum axşam saatlarında, təxminən 22:15 radələrində Kolomyajsk prospektində, bina 20-nin qarşısında baş verib. 

Burada naməlum şəxslər həmyerlimizi döyərək içərisində 630 000 min rubl və pasport olan çantasını oğurlayıblar. 

Həmyerlimiz qapalı kəllə-beyin travması və sağ gözün kontuziyası diaqnozları ilə şəhər xəstəxanasına çatdırılıb. 

Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb. 

Milli.Az


Tags:  Rusiyada azərbaycanlını döyüb 630 mini oğurladılar


RƏYLƏR


Top news