Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə dollar yeni rekord səviyyəyə yüksəlib

Türkiyədə dollar yeni rekord səviyyəyə yüksəlib

Date: 2 December 2016 14:17

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi yeni tarixi rekord səviyyəyə yüksəlib. "Report" xəbər verir ki, bu gün, dekabrın 2-də nağd valyuta bazarında məzənnə 3,5250 TRY/USD-yə yüksəlib. Buna səbəb Türkiyə prezidenti R.T.Ərdoğanın bir neçə dəqirə bundan əvvəl ölkədə faizləri azaltmaq zərurəti barədə açıqlaması olub. 
Qeyd edək ki, makroiqtisadiyyatda milli valyutanın məzənnəsi zəifləyirsə, yəni devalvasiya baş verirsə, ölkədə uçot dərəcəsinin artırılaraq milli valyutaya marağın artırılması əsas şərt kimi qəbul edilir. Həmçinin, "Moody's" beynəlxalq reytinq agentliyi bu günə nəzərdə tutulan Türkiyənin kredit reytinqi qiymətləndirməsini öz təqvimindən çıxardığını açıqlayıb.
"Report"un analitik qrupu ilin sonuna qədər TRY/USD məzənnəsinin 3,60-a qədər yüksəldikdən sonra 3,45-dək geriləyəcəyini proqnozlaşdırır.


Tags:  Türkiyədə dollar yeni rekord səviyyəyə yüksəlib

RƏYLƏR


Top news