İran sanksiyaların müddətinin artırılmasına cavab olaraq ABŞ-dan mal alışını dayandırmaq niyyətindədir

İran sanksiyaların müddətinin artırılmasına cavab olaraq ABŞ-dan mal alışını dayandırmaq niyyətindədir
14:22 2 Dekabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ İranın parlament üzvləri ABŞ-ın İslam Respublikasına qarşı sanksiyaların müddətinin artırılması barədə qərarına cavab olaraq rəsmi Tehranın ABŞ-dan mal alışını qadağan edən qanun layihəsi hazırlayıblar.
Bu barədə "Report" "Sputnik" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, bu qanun layihəsi parlamentdə səsverməyə çıxarılacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ Senatı İrana qarşı sanksiyaların müddətinin 10 il artırıldığını nəzərdə tutan  qanun layihəsini qəbul edib. Senatorların əksəriyyəti sənədin lehinə səs veriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-sanksiyalarin-muddetinin-artirilmasina-cavab-olaraq-abs-dan-mal-alisini-dayandirmaq-niyyetinded

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR