Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ən yaşlı, gözəl ana" tapılıb - FOTO

"Ən yaşlı, gözəl ana" tapılıb - FOTO

Date: 2 December 2016 14:37

Çində 2100 ildən artıq yaşı olan qadın mumiyası aşkarlanıb.  Hunnan vilayətindəki Çanşa şəhərində  tikinti işləri aparılarkən özül qazılanda tapılan bu mumiyanı çinli arxeoloqlar "Day xanımı" adlandırıblar.

Milli.Az China Post-a istinadən bildirir ki, Han sülaləsinə mənsub imperatorlardan birinin xanımı, digər imperatorun anası olmuş Szin Çjou adlı bu qadının mumiyası çox yaxşı qalıb.

Daha doğrusu, mumiya unikal sayılır. Belə ki, 2 min ildən artıq yaşı olan mumiyanın dərisi, hətta saçı və kirpikləri belə qalıb.

Mumiyanı araşdıran alimlərin dediklərinə görə, 2100 ildən də əvvəl vəfat etmiş, izafi çəkili Szin Çjou yüksək qan təzyiqi, arteriyaların tıxanması, şəkərli diabet və kəskin ürək-damar fəsadından əziyyət çəkirmiş.

Szin Çjounun sərdabəsində 100 ipək paltar, onun "qulluqçu"ları olan 160 oyma ağac fiqur, ərzaq və qab-qacaq da aşkarlanıb.

20 qat ipək parçaya bükülmüş mumiya iç-içə olan 4 tabutun ən kiçiyində idi. Tabutların aralarına kömür və gil tökülmüşdü. Məhz bu səbəbdən də Szin Çjounun mumiyasının olduğu kiçik tabut su və bakteriya buraxmayıb.

Milli.Az





Tags:  yaşlı gözəl ana tapılıb FOTO

RƏYLƏR


Top news