"46 yaşım var, mənə yaraşmaz" - Nadir - FOTO

"46 yaşım var, mənə yaraşmaz" - Nadir - FOTO
14:37 2 Dekabr 2016
125 Şou
Ölkə mətbuatı
A- A+

"Yeni mahnılar yazdırıram. Musiqisi Cahangir Cahangirova, sözləri Süleyman Rüstəmə aid olan "Sevgilim, söylə, vəfasız mənəm" adlı mahnısını yenidən aranjman etdirirəm. Akustik versiyada təqdim edəcəyəm".

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. 

İfaçı bildirib ki, bir çox klassik mahnıları yeni aranjmanda təqdim edəcək:

"Novruz Aslandan bir mahnı almışam, onun üzərində çalışıram. Bir də xarici bəstə üzərində işləyirəm. Onu Azərbaycan sözləri ilə improvizə etmişik. Planımda bir neçə klassik mahnını yenidən aranjman etdirmək də var. Müğənniyə aid olan hər şeyi edirəm".

N.Qafarzadə əlavə edib ki, bundan sonra heç bir qalmaqalda adı hallanmayacaq:

"Söz-söhbətdən qaçıram. 46 yaşım var, mənə qalmaqal yaraşmaz. Bundan sonra mən etdiklərimlə hər kəsə örnək olmalıyam. Bütün müğənnilərin həyatında qalmaqal olub. Onları unutmaq lazımdır. Gənclər bizə baxıb, yaxşı şeylər götürsünlər".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/495100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR