Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dumanlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

Dumanlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

Date: 2 December 2016 14:47

Bakı. 2 dekabr. REPORT.AZ/ Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə maneçilik yaratmayıb.
Bakı aeroportdan “Report”a bildirilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir: “Bugünə təyin edilən aviauçuşlar tərtib olunan qrafikə uyğun davam etdirilir. Hələ ki, bu gün, indiyə qədər nəzərdə tutulan reyslərin heç biri təxirə salınmayıb və uçuşların həyata keçirilməsində heç bir problem yaranmayıb”.


Tags:  Dumanlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

RƏYLƏR


Top news