Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti keçirilib - FOTO

Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti keçirilib - FOTO
14:47 2 Dekabr 2016
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 1-də Heydər Əliyev Sarayında "Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş xeyriyyə konserti keçirilib. Konsertə kimsəsiz və əlil uşaqlar təmənnasız dəvət olunublar. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən "Biz bir ailəyik" adlı konsertin hazırlanmasında məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək idi.

Milli.Az bildirir ki, konsertdə fiziki qüsurlu istedadlı ifaçılar Talıbov Mehman, Həsənov Polad, Məmmədova Vüsalə, Mikayılova Kifayət, Ağamirova Rəvanə, Hacıyeva Xatirə, Əliyev Seymur, Münəvvər Əhmədova; alətlərdə, solo: Abışov Məhəmməd, Əhmədov Nurlan, Hacıyeva Nazə, Yusifov Ruslan, Manafov Rövşən, İsrafilova Fatimə, Şirinova Minayə; rəqslər, solo: Abdullayeva Şəlalə, Babayev Vüsal, Məmmədli Cəmilə, Cabbarlı Ənvər, Əliyeva Şücayət, Məmmədov İbrahim və "Haxışta" folklor qrupu iştirak ediblər.

Müğənniləri səhnədə fiziki qüsurlulardan ibarət "Duyğu" xalq çalğı alətləri ansamblı müşayiət edib.

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş məclisi dekabrın 3-nü əlilliyi olan insanların beynəlxalq günü kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. Beynəlxalq Əlillər Gününün məqsədi bütün əlilliyi olan insanların hüquqlarını qorumaqdır.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR