Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futbolçuların öldüyü təyyarə qəzasının ŞOK TƏFƏRRÜATI

Futbolçuların öldüyü təyyarə qəzasının ŞOK TƏFƏRRÜATI

Date: 2 December 2016 14:52

Bu həftənin əvvəlində Kolumbiyanın Medelyin şəhəri yaxınlarında dağ yamacına çırpılaraq qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, təyyarənin yanacağı bitdiyi üçün qəzaya düşdüyü təsdiqlənib.

Braziliya qəzeti 54 yaşlı kapitan pilot Miqueli "Micky" Quiroga-nın Boqotada yanacaq doldura biləcəyini, ancaq birbaşa Medelyinə getməyi tərcih etdiyini yazıb.
 
Britaniya istehsalı olan BAE 146 Avro RJ85 saylı təyyarə LaMianın tək işləyən təyyarəsi idi. Cəmi üç təyyarəsi olan şirkətin digər iki təyyarəsinin isə təmirdə olduğu deyilir.
 
Hadisədən sonra LaMia Hava Yollarının lisenziyası da ləğv edilib. 
 
Qeyd edək ki, qəzada Braziliyanın "Chapecoence" komandasının demək olar ki, bütün üzvləri həlak olmuşdu. 

Mili.Az


Tags:  Futbolçuların öldüyü təyyarə qəzasının ŞOK TƏFƏRRÜATI

RƏYLƏR


Top news