Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maliyyə naziri: "Dövlətin bələdiyyələr qarşısında öhdəliyi yoxdur"

Maliyyə naziri: "Dövlətin bələdiyyələr qarşısında öhdəliyi yoxdur"

Date: 2 December 2016 15:07

Bakı. 2 dekabr. REPORT.AZ/ "Dövlətin bələdiyyələr qarşısında öhdəliyi yoxdur. Buna baxmayaraq, dövlət yenə də onlara vəsait ayırır". "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bu gün 2017-ci ilin büdcə zərfi ilə bağlı parlament komitərlərinin birgə iclasında aparılan müzakirələr zamanı bildirib.
"Deputatlar bələdiyyələrə kifayət qədər vəsait ayrılmaması məsələsinə toxunub. Dövlətin öhdəliyi yoxdur, amma yenə də onlara vəsait ayrılır. Bələdiyyələr müstəqil gəlir imkanlarına malikdir. İri şəhərlərdə gəlir imkanları daha yüksəkdir, bəzi aqrar rayonlarda isə azdır. Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünə aydınlıq gətirməlidir", - deyə nazir əlavə edib.
S.Şərifov bildirib ki, bütün mənzil-kommunal təsərrüfatına ayrılan xərclərin 40%-i bu sahədə işləyənlərin əmək haqqının ödənilməsinə yönəldilir: "Bununla belə, küçələrin süpürülməsi, abadlıq işləri, tullantıların daşınması, parkların saxlanmsı da mənzil-kommunal təsərrüfatına ayrılan vəsaitlər hesabına aparılır".
Nazir deyib ki, "ASAN Xidmət"lə bağlı proseslərin davam etdirilməsi nəzərdə tutulub: "Prezident də bu xidmətin fəaliyyətinə xüsusi önəm verir. "ASAN Xidmət" korrupsiya ilə mübarizədə vacib alətdir. Növbəti illlərdə, 2017-ci il də daxil olmaqla, Mingəçevir, Quba, İmişli rayonlarında da "ASAN Xidmət"in açılması nəzərdə tutulub".


Tags:  Maliyyə naziri Dövlətin bələdiyyələr qarşısında öhdəliyi yoxdur

RƏYLƏR


Top news