“Formula-1” Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

“Formula-1” Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb
15:09 2 Dekabr 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

Formula 1 Azərbaycan Qran Prisinin ən yaddaqalan məqamları - FOTO (26 İyun 2017 13:12)
"Formula 1"-lə əlaqədar bağlanan küçələri bu axşam açılır (26 İyun 2017 12:59)
Formula 1 Azərbaycan Qran Prisinin ən yaddaqalan məqamları - FOTO (26 İyun 2017 12:50)

2017 “Formula-1” Azərbaycan Qran-prisinə ilk 2 ayda bilet alan azarkeşlər üçün qiymətlərdə 30 faizadək endirimlər olacaq. Apasport.az saytının məlumatına görə, biletlər dekabrın 2-də bakucitycircuit.com saytında onlayn qaydada satışa çıxarılacaq. Eyni zamanda, biletləri 17 məntəqədən, o cümlədən Park Bulvar və Gənclik alış-veriş mərkəzlərində, ASAN xidmətin Bakı və Sumqayıt şöbələrində və paytaxtın bir sıra teatr və mədəniyyət mərkəzlərində yerləşən bilet satışı məntəqələrindən əldə etmək mümkün olacaq.

 

Ötən yay Bakıda keçirilmiş yarışa beynəlxalq auditoriyanın münasibətini öyrənmək məqsədi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti “Nielsen Sports” vasitəsilə azarkeşlərin “Formula-1”in ən yeni treki ilə bağlı yarışdan əvvəl və sonra olan düşüncələrini öyrənmək üçün iki mərhələdə sorğu keçirib. “Formula-1”in ən çox maraq göstərdiyi 16 ölkədə keçirilmilş sorğuda bu çempionatın beynəlxalq auditoriyasının 2016 Avropa Qran-prisi haqqında məlumatlılığı, tanışlığı və marağı öyrənilib.

 

Sorğunun nəticələrinə görə, ölkələrin hamısından, xüsusən də Braziliya, İspaniya və Finlandiyadan olan iştirakçılar Bakının “Formula-1” təqviminə əlavə olunmasını böyük məmnuniyyətlə qarşılayıblar. Bu ölkələrin əksəriyyətindən, xüsusilə Macarıstan, Rusiya və Finlandiyadan olan sorğu iştirakçıları 2017-ci ildə keçiriləcək növbəti “Formula-1” yarışını yerində canlı izləmək üçün Bakıya gəlmək istədiklərini bildiriblər.

 

Bundan başqa, Bakıda ilk dəfə keçirilmiş “Formula-1” yarışı ABŞ, Macarıstan və İspaniya vətəndaşları arasında Azərbaycan haqqında məlumatlılığı xeyli dərəcədə artırıb və eyni zamanda ümumilikdə sorğunun keçirildiyi bütün ölkələrdə indiyədək Bakı haqqında məlumatlı olmayanların sayı yüksək səviyyədə azalıb. Həmçinin sorğu aparılan ölkələrin hamısında, xüsusən də Almaniya, İspaniya və Fransada iştirakçıkar arasında “Formula-1”in yarış obyektlərindən Bakı treki haqqında məlumatlılıq səviyyəsi yüksək dərəcədə artıb. “Formula-1”in digər trekləri ilə müqayisədə ən çox artım beynəlxalq auditoriya arasında Bakı Şəhər Halqası ilə bağlı məlumatlılıqda olub ki, bu da sadəcə bir yarış həftəsonu keçirən ölkə üçün böyük irəliləyiş hesab olunur.

 

2017 “Formula-1” Azərbaycan Qran-prisinə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı, trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildi. Dörd günlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli biletlər təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya əçrçivəsində təklif olunan böyük fürsətlərdən biridi. Bununla yanaşı, yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalarda izləmək istəyənlərə Ayaqüstü Yerlər üçün bir günlük biletlər də təklif olunur.

 

Əməliyyat şirkət biletləri erkən alanlar üçün məhdud sayda 30 faizadək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlərin satışlı əvvəlki endirimsiz qiymətlərlə aparılacaq. Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq, həmçinin 22 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Dörd günlük endirimlə biletlərin qiyməti 150-550 AZN, Ayaqüstü Yerlər üçün bir günlük biletlərin qiyməti 60-150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

 

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) elan etdiyi 2017 “Formula-1” Dünya Çempionatının təqviminə görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci “Formula-1” yarışının keçirilmə tarixi 23-25 iyun 2017-ci il tarixlərinə təsadüf edir. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən Qran-prinin 24 saat davam edən Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdı. Bundan başqa, Bakıda keçiriləcək “Formula-1” yarışının rəsmi adı dəyişdirilərək, təqvimdə “Formula-1” Azərbaycan Qran-prisi kimi öz yerini aldı.

 

BŞH-nın icraçı direktoru Arif Rəhimov “Formula-1” azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır: “Fürsətdən istifadə edərək, hamını 2017-ci ildə Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi üçün indidən bilet alaraq, bu möhtəşəm endirim kampaniyasından yararlanmağa dəvət edirəm. Ötən yay baş tutmuş yarış zamanı əldə etdiyimiz böyük uöur bizi əvvəlkindən daha böyük və daha yüksək səviyyədə Qran-pri yarışını keçirmək və Bakını “Formula-1" təqvimində yer alan ən çox sevilən yarışlardan birinə çevirmək üçün daha da böyük səylə çalışmağa ruhlandırdı. Növbəti iyun ayında Bakıda yarışı sizinlə birlikdə qeyd etməyi səbrsizliklə gözləyirik!”.

 

Rəhimov yarışın rəsmi adının “Formula-1” Azərbaycan Qran-prisinə dəyişdirilməsi ilə əlaqədar belə qeyd edib: “İlk yarışımıza Avropa Qran-prisi titulunu seçən zaman məqsədimiz ölkəmizi avropanın bir parçası kimi, bizim Qran-prini isə Avropa yarışı kimi təqdim etmək idi. Eyni zamanda sahib olduğumuz avropa dəyərlərini və qonaqpərvərliyimizi bütün dünyada nümayişe tdirmək istədik ki, arzu edən hər kəs ölkəmizə gəlib burada istədiyi rahatlığı tapa bilsin. Ancaq indi, yarışın “Formula-1” Azərbaycan Qran-prisi adlandırılmasının tam vaxtıdı. Ötən yay keçirdiyimiz yarışdan sonra çox sayda Formula 1 azarkeşi cəmiyyətimizin sahib olduğu Avropa dəyərlərinin şahidi oldu. Bir zhesab edirik ki. bundan sonra bütün dünya ictimaiyyətinin diqqətini yarışın məhz Azərbaycanda keçirildiyinə cəlb etməliyik və buna görə də, yarışın bundan sonra ölkənin adı ilə adlandırılması ən müvafiq addımdı”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zabaykalyedə fövqəladə vəziyyət rejimi tətbiq edildi

27 İyun 2017 06:04

Trampın etirazlara səbəb olan fərmanı qüvvəyə mindi - Amma...

27 İyun 2017 06:03

Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək

27 İyun 2017 06:02

Bakıda ahıl kişi qonşusu tərəfindən döyülüb

27 İyun 2017 05:47

Pireney dağlarında kottec - FOTO

27 İyun 2017 05:32

Yeni FTB direktorunun namizədliyi Senata təqdim edildi

27 İyun 2017 05:19

Lavrov və Tillerson telefonla danışdı

27 İyun 2017 05:08

Braziliya prezidentinə qarşı korrupsiya ittihamı

27 İyun 2017 04:44

Azərbaycan vətəndaşı Rusiya kafelərindən birində namaz qıldığına görə cərimə olunub

27 İyun 2017 04:37

Kitabxana və İrs Mərkəzi, təbiət və modern - FOTO

27 İyun 2017 04:32

Yəməndə hava zərbələri: 9 ölü

27 İyun 2017 04:22

Kabab çəkən gənc özünü yandırdı - EHTİYATSIZLIQ

27 İyun 2017 04:13

Bakıda taksi yaşlı qadını vuraraq ağır xəsarət yetirib

27 İyun 2017 03:37

Xuzistanda bir ev - FOTO

27 İyun 2017 03:32

Sərxoş sürücü 7 qonşunun maşınını əzdi - Bakıda

27 İyun 2017 03:24

Hökumət qüvvələri ilə terror qruplaşması arasında döyüş olub -

27 İyun 2017 03:06

Rumıniyada yeni baş nazir təyin olunub

27 İyun 2017 03:02

Nigeriyada silsilə terror hücumları nəticəsində 9 nəfər ölüb

27 İyun 2017 02:43

Sloveniyada məktəb və uşaq bağçası - FOTO

27 İyun 2017 02:32

Bakıda ikimərtəbəli ev yandı

27 İyun 2017 02:29

Alt paltarı geyinmədiyi üçün İŞDƏN QOVULDU - FOTO

27 İyun 2017 02:23

Səudiyyə Ərəbistanının Yəməni bombalaması nəticəsində 9 dinc sakin ölüb

27 İyun 2017 02:22

Yəmən yenidən bombalandı: 9 ölü, 4 yaralı

27 İyun 2017 01:54

Astroloji proqnoz -

27 İyun 2017 01:54

Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb

27 İyun 2017 01:42

Qəzzadan İsrail ərazisinə raket atıldı

27 İyun 2017 01:38

Almaniyada şəhər kənarında ev - FOTO

27 İyun 2017 01:32

Mobil telefon bazarında durğunluq yaranıb -

27 İyun 2017 01:32

Beyləqanda yanğın olub

27 İyun 2017 01:08

Qəzza zolağı İsraili raket atəşinə tutdu

27 İyun 2017 01:04

Mingəçevirdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

27 İyun 2017 00:57

Qəzza zolağından İsrail tərəfə raket atılıb

27 İyun 2017 00:37

Qətərin xarici işlər naziri ABŞ-a səfər edəcək

27 İyun 2017 00:31

Nigeriyada silsilə partlayışlar - 16 ölü, 13 yaralı

27 İyun 2017 00:23

Astroloji proqnoz - 27 iyun

27 İyun 2017 00:08

Qətərin xarici işlər naziri ABŞ-a gedir

27 İyun 2017 00:08

Günün qoroskopu:bütün problemlər həllolunandır

27 İyun 2017 00:05

FİFA Rusiya millisi barədə araşdırmaya başlayıb

26 İyun 2017 23:57

Məşhur aktrisa: "Rejissor soyunmağımı istədi, mən də..." - FOTO

26 İyun 2017 23:57

"Putinin fanatıyam" -

26 İyun 2017 23:57

Bayram süfrələrimizin şahı: Turşu-qovurmalı plov - RESEPT

26 İyun 2017 23:52

İtaliya polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib

26 İyun 2017 23:52

183-dən 65-ə düşdü - FOTO

26 İyun 2017 23:52

Gənc oğlanın cəsədi iş yerinin yaxınlığında tapıldı

26 İyun 2017 23:48

Günəş və ya piqment ləkələrinin çarəsi

26 İyun 2017 23:47

"Real"ın baş məşqçisi olmaq istəyirəm"

26 İyun 2017 23:47

Alimlərdən yeni ixtira - robot kuryerlər

26 İyun 2017 23:47

Övladı imtahana hazırlaşan valideynlər, MÜTLƏQ OXUYUN

26 İyun 2017 23:42

Mbappenin məvacibi 9 dəfəyə qədər artırılacaq

26 İyun 2017 23:42

Azərbaycan bayrağı ayaq altına sərilən xalçada əks olunub -

26 İyun 2017 23:41