Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neftçilər xəstəxanası özəlləşdirməyə çıxarılmayıb - NAZİRLİK

Neftçilər xəstəxanası özəlləşdirməyə çıxarılmayıb - NAZİRLİK

Date: 2 December 2016 15:14

 

Azərbaycanda özəlləşdiriləcək 11 səhiyyə müəssisəsi içərisində Mərkəzi Neftçilər Xəstəxanasının adı yoxdur.

 

APA-nın xəbərinə görə, özəlləşdirilməsi nəzərdə tutuluan 11 xəstəxana təsərrüfat hesablı ambulator müəssisədir. Onların arasında Mərkəzi Dənizçilər Xəstəxanası, Mərkəzi Dəmiryolu Xəstəxanası da var. Mərkəzi Neftçilər Xəstəxanasının isə özəlləşdirilməsi nəzərdə tutulmur.

 

Səhiyyə Nazirliyi APA-ya bu məlumatı təsdiqləyib. Nazirlikdən bildirilib ki, bəzi mətbuat orqanlarında özəlləşdiriləcək tibb müəsisələrinin arasında Mərkəzi Neftçilər Xəstəxanasının olduğu qeyd olunub. Amma Mərkəzi Neftçilər Xəstəxanası özəlləşdiirlməsi nəzərdə tutulan 11 tibb müəsisəsi arasında siyahısında yer almayıb.


Tags:  Neftçilər xəstəxanası özəlləşdirməyə çıxarılmayıb NAZİRLİK


RƏYLƏR


Top news