Türkiyə DİN başçısı ölkənin yeni təhlükəsizlik konsepsiyasından danışıb

Türkiyə DİN başçısı ölkənin yeni təhlükəsizlik konsepsiyasından danışıb
15:17 2 Dekabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ "Türkiyənin yeni təhlükəsizlik konsepsiyası oyunu öz sahəmizdə deyil, təhlükə və təhdid gələcək yerdə qəbul edən bir yanaşmaya malikdir”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
“Yeni təhlükəsizlik konsepsiyamız oyunu öz sahəmizdə deyil, təhlükə və təhdid gələcək yerdə qəbul edən, orada oynayan, hədələri öz qapısına gəlmədən, uzaqda və mümkünsə əmələ gəlmədən müdaxilə edən, ilk növbədə sülhə mane olan deyil, ayıq-sayıqlığı əsas götürən yanaşmaya malikdir”, - deyə o vurğulayıb.
S.Soylu deyib ki, yeni konsepsiyada təməl azadlıqla və demokratiyanın inkişaf etdirilməsi nəzərdə tutulub: “Türkiyənin kimsənin torpaqlarında gözü yoxdur. Ancaq biz öz təhlükəsizliyimizi Hələb, Dəməşq və Bağdadın təhlükəsizliyi və əmin-amanlığından ayırı düşünməyən bir ölkəyik” .

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-di-n-bascisi-olkenin-yeni-tehlukesizlik-konsepsiyasindan-danisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR