Bakıda iki avtomobil yolunda sürət həddi endirildi

Bakıda iki avtomobil yolunda sürət həddi endirildi
15:27 2 Dekabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Milli.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı zolaqda 80 km/saatdan 60 km/saata endirilib.
 
Eyni zamanda, Zığ dairəsi-Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR