Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bakutel-2016” sərgisinin iştirakçıları hədiyyələr qazanacaq

“Bakutel-2016” sərgisinin iştirakçıları hədiyyələr qazanacaq

Date: 2 December 2016 15:28

“Elektron hökumət” portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Bakutel-2016” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında yeniliklərini təqdim edəcək.

Məlumat Hesablama Mərkəzindən Publika.az-a verilən məlumata görə, iştirakçılar hədiyyə qazanmaq üçün sərgi üçün xüsusi hazırlanmış mobil tətbiq vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tendlərində yerləşdiriləcək posterləri skan edərək poster üzərində canlanan videoları izləmək mümkündür. İştirakçılara isə təkcə bu videoları diqqətlə izləmək və sonda ekrana çıxacaq sualı doğru cavablandırmalıdır.

Viktorinaya hazır olmaq üçün, mobil cihazınızın əməliyyat sisteminə uyğun marketdən (Apple Store/Google Play) "EGOV AR" yazmaqla tətbiqi yükləyə bilərsiniz. Mobil tətbiqin istifadəçi təlimatı ilə tanış olmağı unutmayın.

Viktorinanın keçirilməsində məqsəd sosial yönümlü elektron xidmətlər, "Elektron hökumət" portalı çərçivəsində görülən işlər barədə vətəndaşların maarifləndirilməsi və elektron xidmətlərin istifadəsinə marağın artırılmasıdır. Elə bu məqsədlə də, videolar “Elektron hökumət" portal,"Elektron Arayışlar", "Yeni Nəsil Şəxsiyyət Vəsiqəsi", "Elektron İmza","IMEI Kod", "157 Çağrı Mərkəzi" mövzularını əhatə edəcək.

Bütün sualları düzgün cavablandıran iştirakçı Portalın operatoru tərəfindən maraqlı hədiyyələrləmükafatlandırılacaq.

Tətbiqi yükləmək və daha ətraflı məlumat əldə etmək üçün buraya keçid edin.


Tags:  Bakutel-2016 sərgisinin iştirakçıları hədiyyələr qazanacaq



RƏYLƏR


Top news