Azərbaycan və Qırğızıstan arasında parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Azərbaycan və Qırğızıstan arasında parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
15:32 2 Dekabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Qırğız Respublikası Parlamentinin sədri Çınıbay Tursunbekov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucov ilə görüşüb.
"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin indiki vəziyyəti, Qırğızıstan və Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıb, eləcə də parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Parlamentlərarası əlaqələr barədə danışan sədr iki ölkə parlamenti arasındakı əməkdaşlığın yalnız konstruktiv dialoq və təcrübə mübadiləsi aparmaq üçün yox, həm də Qırğızıstan və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşma səviyyəsini yüksəltmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
H.Orucov 2017-ci ildə iki ölkənin parlament nümayəndə heyətlərinin, o cümlədən Azərbaycan və Qırğızıstan parlament dostluq qrupunun üzvlərinin qarşılıqlı səfərlərinin təşkilini təklif edib.
Səfir həmçinin iki ölkə arasında mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi üçün gələn il Azərbaycanda Qırğızıstan Mədəniyyət Günlərinin, Qırğızıstanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-qirgizistan-arasinda-parlamentlerarasi-emekdasligin-inkisafi-meseleleri-muzakire-olunu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR