Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“QHT-lərin gələn il üçün nəzərdə tutulmuş büdcəsinə yenidən baxıla bilər” - Nazir

“QHT-lərin gələn il üçün nəzərdə tutulmuş büdcəsinə yenidən baxıla bilər” - Nazir

Date: 2 December 2016 15:43

Azərbaycanda Qeyri Hökumət Təşkilatlarına (QHT) və Prezident yanında Gənclər Fonduna 2017-ci il üçün ayrılması nəzərdə tutulan vəsaitin artırılması təklif olunub.

Publika.az xəbər verir ki, bu təkliflə parlamentin birgə komitələrinin iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı bir neçə deputat çıxış edib.

Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, indi ölkədə bir çox insan QHT sektorunda işləyir və ailəsini dolandırır:

“Bu gün Azərbaycanda QHT sahəsində işləyən və ailəsini dolandıran xeyli insan var. Onlar bu sahədə çalışaraq ailəsini dolandırır. Ona görə də QHT-lərə gələn il üçün ayrılacaq vəsaitin məbləğinə yenidən baxılsa, daha yaxşı olar”.

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, deputat Şahin İsmayılov isə bildirib ki, Gənclər Fonduna ayrılması nəzərdə tutulan vəsait artırılsa, daha yaxşı olar:

“Ötən il Gənclər Fondunun büdcəsi 4 milyon və hətta 4 milyon 700 min manat idi. Gələn il isə Gənclər Fonduna 1 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Amma hər il keçdikcə Gənclər Fonduna müxtəlif layihələrlə müraciət edən gənclərin sayı artmaqdadır. Hesab edirəm ki, bu məsələyə yenidən baxılsa, daha yaxşı olar”.

Maliyyə naziri Samir Şərifov isə deputatların fikirlərinə münasibət bildirərək deyib ki, QHT-lərin gələn il üçün nəzərdə tutulmuş büdcəsinə yenidən baxıla bilər.

Vasif Həsənli


Tags:  QHT-lərin gələn il nəzərdə tutulmuş büdcəsinə yenidən baxıla bilər Nazir

RƏYLƏR


Top news